Porsche şirkətinin Exclusive Manufaktur bölməsi Cayenne Turbo S E-Hybrid Coupe modelinin bazasında hazırladığı xüsusi krossoveri təqdim edib. Bölmə mütəxəssisləri kupe-krossun kuzovunu Quarzite Grey Metallic rənginə boyayaraq, onu 21-düymlük təkər diskləri və kuzov rənginə boyanmış təkər tağlarının genişləndiriciləri ilə təchiz ediblər.

Bundan başqa, Cayenne Turbo S E-Hybrid Coupe xrom ucluqları olan xüsusi buraxılış sistemi, sarı rəngli əyləc supportlarına və qara parlaq rəngli SportDesign tərtibat dəstinə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt

Porsche Cayenne Turbo S E-Hybrid Coupe modelinin güc qurğusunun tərkibinə 550 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərriki, 100 kilovatlıq elektromotor və səkkizpilləli Tiptronic S avtomatik ötürmələr qutusu daxildir. Hibrid qurğunun ümumi hasilatı 680 at qüvvəsi və 900 Nm fırlanma anı təşkil edir. Hibrid krossover 100 km/saat həddini 3,3 saniyəyə toplayır və qarışıq rejimdə 100 kilometrə 3,9 litr yanacaq sərf edir. Krossoverin maksimal sürəti 295 km/saatdır.

Elektrik ötürməsi ilə hibrid 40 kilometr yürüş edir və 135 km/saata qədər sürətlənə bilirlər. 14,1 kilovat-saatlıq litium-ion batareyası baqaj hissəinin döşəməsinin altında yerləşdirilib.  400 voltluq terminaldan batareyanı 2,5 saata, məişət elektrik şəbəkəsindən isə, 6 saata doldurmaq olar. Bu prosesə nəzarəti məlumat-əyləncə kompleksinin displeyi vasitəsi ilə həyata keçirmək olar.