Porsche şirkəti avtomobil ilə səyahəti etməyi sevənlər üçün xoş bir aksessuar hazırlayıb. İndi uzun səfərə çıxan Porsche avtomobillərinin sahibləri təbiətin qoynunda rahat gecə keçrməyə görə narahat olmaya bilərlər. Porsche şirkəti avtomobillərin damına quraşdırılan və xüsusi sərt qutuda yerləşən ikiyeri çadırı buraxıb. Eyni zamanda, çadır həm quru, həm də yağışlı havada gecələmək üçün yararlıdır.

Bir neçə rəngdə təklif olunan sərt keysi xüsusi qurğular vasitəsi ilə 911, Macan, Cayenne, Panamera və Taycan modellərinin damına quraşdırmaq olar. Açıq vəziyyətdə ölçüləri 210x130 santimetr olan ikiyerli çadır ağcaqanad toru, eləcə də qeyri-şəffaf parça ilə təchiz edilib. Eyni zamanda, aksessuarın döşəməsində sırıqlı örtüyü olan poliuretan köpüyü ilə doldurulmuş döşək quraşdırılıb, onun divarları isə, pambıq parça ilə örtülüb.

Şirkət nümayəndələrinin sözlərinə görə, xüsusi tənzimləyicilər və quraşdırılmış iki qaz amortizatorunun köməyi ilə çadır bir neçə dəqiqəyə açılır. Sonuncu, qutunun qapağını asanlıqla açmağa və quraşdırılmış nərdivana bərkidilmiş meydançanı açmağa imkan verir. Belə konstruksiya damdakı reylinqlər ilə 190, reylinqlərsiz isə, 130 kiloqrama qədər çəkiyə davam gətirə bilər.

Qutunun quraşdırıldığı idman avtomobilində maksimum 130 km/saat sürəti ilə hərəkət etmək olar. Aksessuarın qiyməti 4850 avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.