Bu günə qədər alman istehsalçısı Taycan elektrokarının ən güclü Turbo və Turbo S versiyalarını təklif edirdi. Bu gün isə Porsche şirkəti elektrokarın ən əlçatan modifikasiyası olan Taycan 4S modelini təqdim edib. Əlçatan Porsche Taycan modeli güclü modifikasiyalardan ön hava girişlərinin forması, orijinaıl dizayna malik olan 19-düymlük təkər diskləri, başqa diffuzor və əyləc supportlarının qırmızı haşiyəsi ilə seçilir Məlum məsələdir ki, Porsche şirkəti Taycan 4S üçün müxtəlif diskləri də təklif edir.

Elektrokarın güc qurğusu Turbo və Turbo S modellərində olduğu kimidir: sadə versiyanın əsas fərqi arxa oxda yerləşdirilən yığcam sinxron elektromühərrikdən ibarətdir. Elektromotorun uzunluğu 130 mm təşkil edir. Xatırladaq ki, Taycan Turbo modelində arxa mühərrikin uzunluğu 210 mm-dir. İkipilləli reduktor yerini qoruyub-saxlayıb. Taycan 4S modeli ümumi gücü 530 at qüvvəsi təşkil edən iki elektromotor və 79,2 kVs-lıq Performance batareyası ilə təchiz edilir. Lakin, elektrokarı 93,4 kVs-lıq Performance Plus batareyası ilə də sifariş etmək olar. Bu halda güc aqreqatının maksimal hasilatı 571 at qüvvəsi təşkil edir.

Seçilmiş batareyadan asılı olaraq yükləmə qurğusunun gücü də fərqlənir: baza modifikasiyası 225 kVt-lıq, Plus versiyası isə 270 kVt-lıq yükləməni dəstəkləyir. Bununla belə, hər iki versiyanın dinamik xarakteristikaları eynidir: yerindən 100 km/saat həddinə Taycan 4S modeli 4,0 saniyəyə sürətlənir. Modelin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Batareyanın tutumundan asılı olaraq elektrokar 407 və ya 463 km (WLTP) qət edə bilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Taycan 4S modeli adaptiv amortizatorlar, öndə 360, arxada isə 358 mm-lik çuqundan diskləri olan əyləc mexanizmlər ilə təklif edilir. Əlbəttə ki, salonda beş ekran quraşdırılma imkanı da mövcuddur.

Porsche Taycan modelinin Azərbaycandakı satışlarına 2020-ci ilin əvvəlində start verilməlidir. Bir müddət sonra elektrokarın arxaçəkişli Taycan S modifikasiyası işıq üzü görməlidir.