Renault şirkəti ümumi yollar üçün sertifikatlaşdırılımış Megane RS Trophy-R trek hetçbekinin məhdud saylı partiyasını buraxacağını elan edib. Bundan başqa, fransız istehsalçısı modelin dinamik xarakteristikaları barədə məlumatı da dərc edib.

Renault Megane RS Trophy-R 300 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik ilə təchiz edilir. Model 100 km/saat həddinə 5,4 saniyəyı sürətlənir və 262 km/saat maksimal sürət həddinə malikdir. Bununla belə, Trophy-R arxa divan və klimatik sistemdən imtina sayəsində Trophy hetçbekindən 130 kiloqram yüngüldür. Avtomobil gücləndirilmiş əyləc mexanizmləri və daha sərt yayları olan yarış asqısı ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Renault Megane RS Trophy-R modelinin satışlarına bu ilin sonunda başalanacaqdır. Trek hetçbeki 500 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Bu avtomobilləridən 30 nesxəsi Böyük Britaniyada satılacaq sağsükanlı versiyada olacaqdır. Megane RS Trophy-R modeli Renault Sport, Akrapoviç, Brembo, Bridgestone, Öhlins və Sabelt firmaları ilə birlikdə hazırlanıb.

Renault Megane RS TRophy-R trek hetçbekinin yeni nəsli Nürburqrinq trekini 7 dəqiqə 40,100 saniyəyə qət edib və Honda Civic Type R modelinin nəticəsini dörd saniyə yaxşılaşdırıb.