Renault şirkəti bu il 40 illiyini qeyd edən Trafic sərnişin miniveninin yeni versiyasını hazırlayıb. Model yenilənmiş eksteryer və interyerə, habelə yeni avtonom və multimedia sisteminə sahib olub.

Renault, yeniləmədən sonra Combi və SpaceClass modifikasiyaları həm sərnişinlər, həm də sürücü üçün daha rahat olub. Trafic salonunda doqquz nəfər yerləşə bilər. yük bölümünün həcmi isə 1,8 kubmetrdir.

Zahiri cəhətdən, yenilənmiş furqon çıxıntılı kapota, Renault C-Shape naxışı olan LED optikaya, dəyişdirilmiş radiator barmaqlığı və bamperlərə sahib olub. Digər dəyişikliklər arasında yeni 17-düymlük təkər diskləri və kuzovun metal effekti olan Carmin Red rəngi var. Baqaj bölümünün həcmi dəyişməyib və 1800 litr təşkil edir.

Salon arxitekturası tamamilə yenidən işlənibdir: ön panel daha lakonik görünür, multimedia sisteminin kiçik ekranı səkkiz düymlük planşet-ekran ilə əvəz edilibdir. Multimedia sistemi artıq Apple CarPlay və Android Auto tətbiqləri vasitəsilə smartfonlarla inteqrasiya funksiyası ilə təchiz olunur, peyk naviqatoru standart avadanlıq siyahısına daxil edilib. Model ayrıca yeni çoxfunksiyalı sükan çarxına, transmissiyanın fərqli dəstəyinə və iqlimə nəzarət sisteminin yeni blokuna sahib olub. Digər müasir opsiya - cihazların simsiz doldurulması üçün bölmədir.

Trafic modelinin avadanlığına bir sıra yarı-avtonom sistemlər daxildir. Bunlara öndəki nəqliyyat vasitəsinə olan məsafəni qoruyan kruiz-kontrol və təcili əyləcləmə sistemi daxildir. Kor nöqtələrə nəzarət funksiyası və iki nəfərlik yeni ön sərnişin hava yastığı da mövcuddur.

Əlavə ödənişlə miniveni dəri üzlü kapitan kresloları, üçüncü sıra əvəzinə skamya və oxumaq üçün lampası olan Prestige Pack dəsti ilə təchiz etmək olar. Adventure Pack dəsti isə üçüncü sıranın oturacaqlarını yataq yerinə çevirməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modelin mühərrik çeşidinə üç 2.0-litrlik dCi dizel aqreqatları daxildir. Baza modeli 110 at qüvvəli mühərrik və mexaniki ötürmələr qutusu ilə təklif edilir. Orta variant sayılan modifikasiya 150 at qüvvəli mühərrik, mexaniki və ya altı diapazonlu EDC “robotu” ilə təchiz olunur və top versiya 170 at qüvvəli mühərrik və alternativsiz “robot” ilə tandemdə çalışır.

Fransız konserni yenilənmiş Renault Trafic Combi və SpaceClass minivenlərinin satılacağı ölkələrin siyahısını bu ilin sonuna qədər açıqlamağı vəd edir və satışlar 2021-ci ilin martında başlayacağını bildirib.