Bu gün Skoda şirkəti Scala modelinin interyerinin üzərindəki sirr pərdəsini götürüb. Məlumdur ki, yeni Skoda Scala modeli eyni anda iki modeli əvəzləyəcəkdir – Rapid və Rapid Spaceback. Yeni modelin kütləvi təqdimatı 6 dekabr tarixində keçiriləməlidir.

Salonun dizaynı çex markasının yeni firma üslubundan xəbər verir. Üstəlik, yeni hetçbek üçün əlçatan olan material və rəngləri də müşahidə etmək olar. Skoda şirkətinin baş dizayneri Norbert Veber yeni konsepsiyanın emosional və funksional olduğunu bildirib. Ön paneldə mərkəzi yeri multimedia kompleksinin 9,2-düymlük “süzən” ekranı tutur. Onun altındakı bölüm isə, xüsusi olaraq biləyə dəstək üçün yaradılıbdır. Havalandırma sisteminin və hərəkət rejimlərinin selektoru maksimal dərəcədə sürücüyə yaxın yerləşdirilib.

Ön panel və qapılardakı dekor elementləri kristal qruluşunu təqlid edən səthə malik olan xüsusi materialdan hazırlanıb. Yan deflektorlar isə ön paneldən kənara çıxaraq qapı panelindəki xüsusi dərinliyə qədər uzanırlar. Skoda Scala modelinin təchizatına salonun LEDəhatə işıqlandırılması, mikrofibra ilə örtülmüş oturacaqlar və avtomobilin bir sıra funksiyalarını smartfon vasitəsi ilə idarə etməyə imkan verəcək onlayn-xidmətlər daxildir. Üstəlik, multimedia sisteminin proqram təminatını “hava” ilə yeniləmək də mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt