Mobile.de saytında maraqlı bir furqon satışa çıxarılıb. Bu, Porsche aqreqatlarına sahib olan təkmilləşdirilmiş Volkswagen Transporter T5 modelidir. Yeni mühərrikə, əyləc sisteminə və McLaren F1 superkarının üslubunda salona malik olan furqon əsl yarış monstruna çevirilib.

Furqonu satışa çıxaran Schiemann avtosalonu T5 modelinin Porsche 996 Turbo modelindən götürülmüş 3,6-litrlik mühərrik və səsboğucu sistem ilə təchiz edildiyini bildirib. Furqonun mühərrikinin gücü 647 at qüvvəsi, fırlanma anı isə 790 Nm təşkil edir.

Mühərrikinin gücü təkərlərə 6-pilləli mexaniki ötürmələr qutusu vasitəsi ilə ötürülür. Furqon differensialın qapanmasına da sahib olub. 2.1 ton ağırlığa malik olan Transporter yerindən 100 km/saat həddinə sürətlənməyə 4,9 saniyə sərf edir. Təkmilləşdirilmiş T5 modelinin maksimal sürəti 311 km/saatdır.

Furqonun salonu da texniki hissəsi kimi ciddi şəkildə təkmilləşdirilib: sürücü oturacağı McLaren F1 modelində olduğu kimi mərkəzdə yerləşir. Avtomobilin ön paneli minimasilstik üslubda tərtib edilib, standart oturacaqlar isə dördnöqtəli təhlükəsizlik kəmərləri olan karbondan hazırlanmış Sparco yarış kresloları ilə əvəzləniblər.

Mənbə: Mobile.de

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məlum məsələdir ki, avtomobilin şassisi də təkmilləşdirilib: furqon H&R Racing idman asqısına, həmçinin öndə 6-porşenli, arxada isə 4-porşenli Brembo əyləc mexanizmlərinə sahib olub. Nəhayət, T5 Michelin Pilot Super Sport şinləri taxılmış 19-düymlük təkər diskləri ilə təchiz edilib.

2004-cü ilin istehsalı olan və T5 FL modelinin üslubunda görünüşə malik olan avtomobil üçün 155.500 avro istənilir. Avtomobilin buraxılış ilindən 15 il keçməsinə baxmayaraq, satıcı onun ideal vəziyyətdə olduğu iddia edir.