Tesla şirkətinin rəhbəri İlon Mask hər zaman diqqət mərkəzində olmağı sevir. Bu günlərdə “Kiberfışqırıq” ilə sosial şəbəklərdə təlatüm yaratmış Mask bu dəfə istehsalı hələ də gecikən “Kibertrak” barədə yeni məlumatla bölşüb. Beləliklə, amerikan istehsalçısı hələ də konveyer xəttinə yol tapmamış pikapın mühərrik çeşidini dəyişmək qərarına gəlib.

Maskın söylədiklərindən belə məlum olub ki, Cybertruck pikapının top versiyası üçmühərrikli deyil, dördmühərrikli (!) olacaqdır. Üstəlik, konveyerə birinci məhz dördmühərrikli top versiya gedəcəkdir. Lakin mühərrik çeşidindəki yeniliklər bununla bitmir: Tesla “Kibertrakın” modifikasiya çeşidindən bir mühərrikli versiyanı çıxarmaq niyyətindədir. Odur ki, pikap seriyaya iki, üç və dörd mühərriklə gedə bilər.

Bundan başqa, Tesla rəhbəri “Kibertrak” üçün bir neçə “fişkanı” da anons edib. Belə ki, Mask elektrik pikapının “hər bir təkərə ötürülən fırlanma anına ultrayeyin nəzarətdə saxlayan” tam idarələnən şassi ilə təchiz ediləcəyi bildirilib. Cavab olaraq, Twitter istifadəçiləri Cybertruck pikapının diaqonal üzrə hərəkət edə biləcəyi ilə maraqlanıblar.

Mask tam idarələnən şassi sayəsində elektrokarın tank kimi yerində fırlanacağını, eyni zamanda yengəc kimi hərəkət edəcəyini bildirib. “Yengəc rejimi” adlandırılmış belə qabiliyyətə Tesla pikapının rəqibi olan Hummer elektrik pikapında mövcud olduğunu artıq bilirik.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.