Yaponiyada keçirilən Tokyo Auto Salon sərgisində Toyota şirkəti super-Yaris modelini nümayiş etdirib. Yapon şirkətindən verilən məlumata görə, “qaynar” hetçbek Beynəlxalq ralli çempionatında (WRC) iştirak üçün nəzərdə tutulmuş omoloqasiya modelidir. “Qaynar” hetçbekin hazırlanması ilə Toyota Gazoo Racing yarış bölməsi və Tommi Makinen Racing komandasının mütəxəssisləri məşğul olublar.

Omoloqasiya modeli seriya hetçbekindən ciddi şəkildə fərqlənir. Birincisi, “qaynar” model üçqapılı kuzova malikdir. Güman edirəm ki, adi Toyota Yaris modelinin beşqapılı kuzovla buraxıldığını xatırlatmaq gərək deyil. Arxa qapılardan imtina və görülmüş digər tədbirlər kuzovun sərtliyini artırmağa imkan verib. Bundan başqa, çəkinin azaldılması məqsədi ilə, kapon və qapılar alüminiumdan, dam isə güclədirilmiş karbonplastikdən hazırlanıb.

İkincisi, hetçbekin kapotunun altında birbaşa çiləmə sisteminə malik olan 1,6-litrlik üçsilindrli G16E-GTS turbomühərriki yerləşir. Güc aqreqatı 272 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, əvvəlki model Yaris GRMN modelinin 1,8-litrlik kompressorlu mühərriki 212 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edirdi. Yeni model, ötürmələr zamanı dirsəkli valın dövrlərini tənzimləmə funksiyasına malik olan 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir.

Üçüncü və ən maraqlı cəhət isə, Toyota GR Yaris modelinin GR-Four tamötürməli transmissiya ilə təchiz edilməsidir. Tam ötürmə yapon markasının C+ seqmentindən olan “qaynar” hetçbekləridə nadir halda rast gəlinsə də, B+ seqmentində ümumiyyətlə ekzotika sayılır. Transmissiya sadə quruluşa malikdir: arxa oxun ötürməsində çoxdiskli mufta quraşdırılıb, lakin mufta hər zaman qoşuludur. Hətta, baza Normal rejimində arxa oxa hasil edilən fırlanma anının 40 faizi ötürülür. Sport rejimində bu göstərici 70 faizə çata bilər. Ən ekstremal Track rejimi isə daimi tam ötürməni imitasiya edir. Elektronika muftanın qapadılması dərəcəsini dəyişərək, fırlanma anını oxlar arasında 50:50 nisbətində bölüşdürür.

Nəhayət, tam ötürmənin tətbiq edilməsi arxa asqının dəyişdirilməsinə gətirib-çıxarıb: arxada quraşdırılan tir müstəqil ikiqollu asqı ilə əvəzlənib. Hetçbek genişləndirilmiş təkər izinə, 18-düymlük təkər disklərinə və havalandırmalı əyləc disklərinə sahib olub. Stabilizasiya sistemi güclü sürüşmələrə icazə verən liberal Sport və Expert rejimlərinə malikdir. Bundan başqa, elektron əl əyləci ənənəvi mexaniki əyləclə əvəz edilbdir. Bir də, “mülki” Yaris hetçbeklərinin bahalı versiyaları rəqəmsal cihazlar paneli ilə təklif edilsələr də, “qaynar” Yaris yalnız analoq cihazları ilə təchiz olunur.

Lakin, iş bununla bitmir. Əlavə ödənişlə High Performance dəstini sifariş etmək olar ki, onun da tərkibinə öndə və arxada quraşdırılan özüqapanan Torsen differensialları, interkulerin radiatornun su ilə təmin edilməsi (daha effektiv soyutma üçün), döymə BBS təkər diskləri, Michelin Pilot Sport 4S şinləri və bir sıra xırda avadanlıqlar daxildir. Toyota GR Yaris modelinin dinamik xarakteristikaları təqribidir. 1280 kq çəkiyə malik olan hetçbek 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir və onun maksimal sürəti 230 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin dəqiq dinamik xarakteristikaları satışların başlanılmasına yaxın açıqlanacaqdır. Toyota GR Yaris modelinin Yaponiyadakı satışlarına yayda başlanacaqdır. GR-versiyalar Toyota Crown və Lexus LC modellərinin istehsal edildiyi Motomachi zavodunda yığılacaqdırlar. Qeyd etmək lazımdır ki, Toyota modelin Fisrt Edition versiyasına sifarişlərin qəbuluna başlayıb.  Standart Toyota GR Yaris modeli 36 min dollara, High Performance dəstli versiya isə 42 min dollara satılır.