Toyota şirkəti Los-Anjeles avtosalonunda Avalon və Camry sedanlarının Toyota Racing Development (TRD) bölümü tərəfindən hazırlanmış xüsusi versiyalarını təqdim edəcəyini bəyan edib. Bir çoxlarının belə modifikasiyalara ehtiyac olmadığını söyləməsi belə yapon istehsalçısını bu modellərin idman versiyalarını hazırlamaqdan daşındırmayıb və hətta, istehsalçı özünün Facebook sosial şəbəkəsində bu versiyaların əks edildiyi üç çarxı da yayınlamaqdan çəkinməyib.

Beləliklə, Avalon TRD sedanı qara parlaq haşiyələri olan aqressiv eksteryerə, daha idman görüntülü yan kandarlara və xüsusi dizaynlı təkər disklərinə sahib olub. İdman üslubu avtomobilin salonunda da davam etdirilir. Toyota Avalon TRD modelinin interyer tərtibatında qara rəngli dəri və alkantaradan istifadə edilib. İnteryerdə qırmızı rəngli tkişləri, təhlükəsizlik kəmərlərini, başlıqlardakı və ayaqaltılardakı “TRD” emblemlərini görmək olar.

Toyota Camry TRD modeli də bənzər tərtibat elementlərinə sahib olub.  Camry qara rəngli dama və arxa baqaj qapağının üzərində bərkidilmiş spoylerə də sahib olub. Əlbəttə ki, sedanın təchizatına TRD tərəfindən hazırlanmış səsboğucu sistem də daxil edilibdir.

Hələlik, yeni modifikasiyaların texniki hissəsi barədə məlumat verilməyib. Çox güman ki, Avalon TRD modeli 268 at qüvvəsivə 335 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Toyota Camry TRD sedanı isə 2,5-litrlik dörd silindrli və 3,5-litrlik V6 mühərriki ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt