Bring a Trailer saytında nadir tapılan Ferrari 458 Speciale Aperta spayderinin satışı barədə elan dərc edilib. 4,5-litrlik V8 mühərriki və yeddi pilləli robotlaşdırılmış transmissiya ilə təchiz edilmiş superkar 499 nüsxəlik tirajla buraxılıb. Xəbərlər hazırlanarkən avtomobil üçün son təklif 476.000 dollar idi.Qeyd etmək gərəkdir ki, bu məbləğ avtomobilin bazar dəyərindən aşağıdır.

Satıcı tərəfindən əlavə edilmiş sənədlərə əsasən, avtomobil 2016-cı ildə 403. 036 dollara alınıb. Superkar qəzaya düşməyib və bu müddət ərzində 21 min kilometr məsafə qət edib. Satılan nüsxə xüsusi qırmızı Rosso Berlinetta rənginə boyanmış, qara və ağ zolaqlar ilə bəzədilmişdir. Superkarın salonu qara rəngli alkantara ilə örtülmüşdür.

Oturacaqların arxasında 605 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 4,5-litrlik V8 mühərriki yerləşir. Bu aqreqat, İlin Beynəlxalq Mühərriki müsabiqəsində Performance Engine nominasiyasında dörd dəfə "İlin mühərriki" adına layiq görülüb. Güc qurğusu 7-pilləli "robot" ilə tandemdə çalışır. Ferrari 458 Speciale Aperta modeli 100 km/saat həddinə üç, 200 km/saat həddinə isə 9,5 saniyəyə sürətlənir.

Unikal Ferrari hərəkət edən diffuzor, yana sürüşmə bucağına nəzarət edən SSC elektron idarəetmə sistemi, elektronika ilə idarə olunan arxa diferensial, karbon-saxsı əyləc mexanizmləri, çıxarıla bilən dam, adaptiv işıq texnikası, model üçün xüsusi olaraq hazırlanmış Michelin Pilot Sport Cup 2 şinləri və 20-düymlük təkər diskləri ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Superkarın salonunda karbondan əsası olan oturacaqlar quraşdırılıb. Qapı örtmələri və ön panelin elementləri də kompozitdən hazırlanıb.

Ferrari 458 Speciale Aperta modeli 499 nüsxəlik tirajla buraxılıb. Hazırda superkarın qiyməti 590 - 720 min dollar arasında dəyişir.

Mənbə: Bring a Trailer