Volkswagen AG konserninin Müşahidə Şurası Together 2025+ inkişaf strategiyasını nəzərdən keçirmək üçün toplantı keçirib. Rəhbərlik, istiqamətin elektrikli nəqliyyat vasitələrinin istehsalına və rəqəmsal texnologiyaların inkişafına yönəldilməsini yekdilliklə dəstəkləyib və qəbul edilmiş planların həyata keçirilməsini dəstəkləyəcək bir sıra kadr dəyişikliklərindən bəhs edib.

Bundan başqa, konsern rəhbərliyi Lamborghini və Ducati şirkətlərini satmaqdan imtina etdiyini bildirib: italyan markaları Volkswagen qrupunun tərkib hissəsi olaraq qalacaqlar. Xatırladaq ki, payızda konsernin bir sıra aktivlərdən qurtulacağı barədə şayiələr peyda olmuşdu.

Sonradan konsernin rəhbəri Herbert Diss qrupun fəaliyyətlərinin optimallaşdırılması məqsədi ilə superkar və motosikl istehsalçılarını, habelə Italdesign şirkətini birləşdirməyi düşündüyünü bildirmişdi. Əslində, bu birləşmə baş tuta bilər, lakin hələ də mövcud olmayan bir qurumun üçüncü şəxsə satılmasından heç bir söhbət gedə bilməz.

Bundan əvvəl Lamborghini şirkətinin prezidenti və baş direktoru vəzifəsi Stefan Vinkelmann qaytarılıb. Xatırladaq ki, Vinkelmann Audi Sport bölməsinə, sonra isə Bugatti şirkətinə keçməzdən əvvəl, 2005-2016-cı illərdə italyan şirkətinə rəhbərlik edib. Beləliklə, 1 dekabr tarixindən başlayaraq həm Lamborghini, həm də Bugatti Vinkelmannın nəzarətindədir.

Konsernin Müçahidə Şurası tərəfindən verilən digər vacib qərar Bentley markası ilə əlaqədardır. 2021-ci ilin mart ayının 1-dən etibarən Britaniya markası Audi şirkətinin məsuliyyət dairəsinə keçəcəkdir. Konsern rəhbərliyi, hər iki premium markanın elektrikləşdirmə strategiyasının inkişaf etdirilməsi üçün öz güclərini birləşdirəcəklərini və sinerji əldə edəcəklərini gözləyir.