Yeni Toyota Supra modelinin satışlarının yenicə başlamasına baxmayaraq, bu kupenin qarışdığı ilk avtomobil qəzası özünü çox gözlətməyib. By günlərdə Nürburqrinqin “Şimal İlgəyində” kupenin sınaqları zamanı onu darmadağın ediblər.

Adətən “Yaşıl cəhənnəm” adlandırılan trekdə belə hadisələr tez-tez olur və heç kimi təəccübləndirmir. Bu dəfəki hadisənin fərqi isə ondadır ki, qəza bağlı tədbirdə baş verib – yəni sükan arxasında yapon şirkətinin mütəxəssisləri olub. Avtomobil trekin Exmühle hissəsində qəzaya düşüb və dağıdılmış sportkarı ordan da treylerə yükləyərək aparıblar. Məqsəd qəzaya uğrayan avtomobilin texniki hissəsinin kənar gözlərdən gizlətmək olub. Qəza zamanı sürücünün qürurundan başqa heç kim zərər görməyib.

Yeni Toyota Supra BMW Z4 ilə eyni mühərrikə malikdir. Bu aqreqat 340 at qüvvəsi hasil edən 3,0-litrlik altı silindrli turbomühərrikdir. Güc aqreqatı sükanaltı dəstəklər vasitəsi ilə pillələri dəyişmək imkanına malik olan səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 

Sportkupe 60 mil/saat (96 km/saat) həddinə 4,1 saniyəyə sürətlənir ki, bu da onu ən yeyin Toyota avtomobili edir. Müqayisə üçün, BMW Z4 modeli bu işə 4,5 saniyə sərf edir. Supra modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.