BMW şirkətinin bayraqdar modeli olan 7-Series sedanını restaylinq ediləcəyi məlumdur: paparazzilər restaqlinq keçmiş avtomobilin Nürburqrinqdəki sınaqları zamanı fotoşəkillərini çəkməyə müvəffəq olublar. Bu günlərdə isə, Instagram sosial şəbəkəsində BMW Welt adlı istifadəçi maraqlı bir şəkil yayıb. Bu gün yenilənmiş sedanın daha bir şəkli peyda olub Yeni şəkildə sedan artıq örtüksuzdur və ön hissəsi tamamilə görüntülənibdir.

BMWBlog nəşrinin bildirdiyinə görə, yenilənmiş bayraqdar sedanın mühərrik çeşidində də dəyişikliklər olacaqdır. Sıralı altı silindrli mühərrik 340, 374 (450 Nm) və 388 (500 Nm) at qüvvəsinə malik olacaqdır. 3,0-litrlik mühərrikin əsasında yaradılmış hibrid  aqreqat 394 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edəcəkdir.

BMW 750i modeli 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik biturbo V8 mühərriki ilə təchiz ediləcəkdir. BMW M760i xDrive versiyası sərt hissəciklər filtri ilə təchiz edilərək yenidən satışa çıxarılacaqdır.  V12 biturbo mühərrikinin hasilatı 600 at qüvvəsi olacaqdır.