Hyundai Santa Fe modelinin dördünücü nəslinin iki il bundan əvvəl debüt etməsinə baxmayaraq, koreyalılar “yeni” krossover üzərində işləri tamamlamağa yaxındırlar. Keçən həftə Hyundai şirkəti gözlənilmədən yenilənmiş modelin ilk tizerini dərc edib. Tizeri rəhbər tutan AtchaCars nəşrinin dizaynerləri yeni Santa Fe modelinin renderlərini hazırlayıblar.

Göründüyü kimi, yenilənmiş Santa Fe tamamilə yeni “üzə” sahib olacaqdır: ön fənərlər, radiator barmaqlığı və ön bamper tamamilə yenilənmişdir. Aşağıdakı qalereyada yenilənmiş modeli mövcud olan versiyası və yaxın “qohumu” olan Kia Sorento modeli ilə müqayisəsi də vardır.

Image alt Image alt Image alt Image alt

Eyni zamanada, yenilənmiş Santa Fe modelinin platforma və mühərrik çeşidini yeni nəsil Kia Sorento krossoveri ilə bölüşəcəyi barədə məlumatlar da peyda olub. Söylənilənlərə görə, Santa Fe 202 at qüvvəli dizeli və 1,6-litrlik benzin turbomühərrikinin əsasında yaradılmış 230 at qüvvəli hibrid qurğunu Soreno-dan borc alacaqdır. Hyundai artıq elektrikləşdirlmiş krossoverin, o cümlədən qoşulan hibridin buraxılacağını təsdiqləyib.

Yenilənmiş Hyundai Santa Fe krossoverinin təqdimatının yaxın həftələrdə keçiriləcəyi gözlənilir. Ənənəyə uyğun olaraq, yenilənmiş krossoverin ilk təqdimatı Cənubi Koreyada keçiriləcəkdir. Krossoverin Avropa və Azərbaycan bazarlarındakı satış debütü 2020-ci ilin payızında baş tutmalıdır.