Yaxın 20 il ərzində bu gün küçələrimizdə müşahidə etdiyimiz avtomobillər tarixə qovuşacaqdırlar. Belə bir öncədəngörmə ilə, Automotive News nəşrinə müsahibəsi zamanı, General Motors konserninin keçmiş vitse-prezidenti Bob Luts bölüşüb.

Lutsun qənaətincə, hazırda mövcud olan ənənəvi avtomobillər “standartlaşdırılmış avtonom modullar” ilə əvəzlənəcəkdir. Üstəlik o, bu modulların Uber və Lyft kimi nəqliyyat şirkətlərinə məxsus olacağını da söyləyib. Luts avtomobilləri uzun müddət insanın əsas nəqliyyat vasitəsi olmuş atlarla müqayisə edib. Onun fikrincə, avtomobil sənayesi böyük dəyişikliklər qarşısındadır və yaxın 15-20 il ərzində bu sənaye yox olub-gedəcəkdir. Bob Luts bu müddət ərzində bir çox avtomobil istehsalçısının tarixə qovuşacağını da bildirib.

Bunun səbəbi isə, qanunvericiliklə avtonom idarəetmə sistemləri ilə təchiz edilməyən  avtomobillərin istismarının qanunvericiliklə qadağan edilməsi olacaqdır ki, bu hal da, məsələn sporkarlara olan tələbatın yox olmasına gətirib-çıxaracaqdır.  Belə avtomobillər “elit əşyalar” siyahısına daxil ediləcək və onlardan yalnız özəl klubların ərazisində və ya yarış treklərində istifadə etmək mümkün olacaqdır.

2012-ci ildə bənzər nəticəni Elektrotexnika və radioelektronika beynəlxalq institunun mütəxəssisləri də gəlmişdilər. Onların fikrincə, 2040-cı ilə dünya yollarındakı avtomobillərin əksər hissəsi pilotsuz modellərdən ibarət olacaqdır. Bununla belə, mövcud olan infrastrukturun ciddi dəyişdirilməsinə ehtiyac  olmayacaqdır, çünki avtonom avtomobillər xüsusi olaraq ayrılmış zolaqlarla hərəkət edəcəkdirlər.