Dünən, 19 fevral tarixində Brabham Automotive adlı avtomobil şirkətinin yaradıldığı barədə məlumat verilib. Bu şirkət F1 üzrə üçqat dünya çempionu ser Cek Brəbəmin oğlu Dəvid Brəbəmə məxsusdur.

Bu şirkətin nə işlə məşğul olacağı hələlik açıqlanmayıb. Bir il bundan əvvəl Brəbəmin ABŞ-dan olan sərmayədarların yardımı ilə superkar istehsal edəcəyi bildirilmidir. Avtomobilləri Formula 1 sayəsində təbliğ etmək planlaşdırılırdı. Hazırda belə bir prosesi McLaren Automotive həyata keçirir. Bunun üçün Brəbəm Forde India komandasını da satın almaq istəyirdi. Lakin, danışıqların nə ilə nəticələndiyi məlum deyildir.

Brabham komandası “Böyük Mükafat” yarışlarında 1960-ci ildən çıxış etməyə başlayıb. Çempionatda 1992-ci ilə qədər fəaliyyət göstərən komanda maliyyə problemləri ucbatından bağlanmışdır. Bu müddət ərzində komanda 402 Qran Pridə iştirak etmiş və iki Konstruktorlar kubokunu qazanmışdır. Komandanın pilotları dörd dəfə dünya çempionu olublar. Brabham bolidlərində 35 qələbə əldə edilib.