British Motor Heritage şirkəti birinci nəsil Mini avtomobilləri üçün yeni kuzovların buraxılışı ilə məşğul olacaqdır. Kuzovların istehsalına aprel ayında başlanacaqdır.

İlkin olaraq 15 ədəd kuzov istehsal ediləcəkdir. Onların hər birinin satış qiyməti 9950 funt-sterlinq təşkil edəcəkdir. Sifarişlər 25 faizlik öncədən ödəniş şərti ilə qəbul edilir. İlk Mini avtomobillərinin paslanmaya məruz qalan hissələri döşəmə panelinin ön hissəsi, qanadların içəri tərəfi və arxa rama altlığı zonasıdır. Bundan başqa, birinci nəslin kuzovunun konstruksiyası sonrakı avtomobillərdən ciddi şəkildə fərqlənir. Misal üçün, onların xarici rəzələri və fənərlərin başqa bağlantıları mövcud idi. 1975-ci ildə əsası qoyulmuş British Motor Heritage şirkəti, fəaliyyəti dövründə 6000 min klassik Britaniya avtomobilləri üçün kozovları buraxmışdır. Şirkət nəinki Mini avtomobilləri üçün, həmçinin MG, Triumph və Austin Healey markaları üçün də kuzovları istehsal edir.