Future Mobility Corporation (FMC) startapına məxsus olan Byton brendi düz üç il bundan əvvəl debüt edib. Debüt etməsindən il yarım keçdikdən sonra isə, yeni marka ilk konseptini nümayiş etdirib. Bu ay işinə başlamış Frankfurt avtosalonuna isə, Byton artıq konseptin seriya variantını gətirib. Qeyd etmək lazımdır ki, seriya avtomobili konseptdən ciddi fərqlənmir.

Byton M-Byte ölçülərinə görə Tesla Model X krossoverindən kiçik olsa da, BMW X5 modelinə yaxındır. Elektrik krossoverinin qabarit uzunluğu 4875 mm, eni – 2195 mm, hündürlüyü – 1665 mm, təkər bazasının genişliyi isə, 2950 mm-dir. Konseptdən fərqli olaraq, seriya modeli ön fənərlərin əlavə bölməsinə, gizli qapı dəstəklərinə, kameraların əvəzinə adi güzgülərə sahib olub. Qalan sahələrdə seriya modelin proporsiya və dizaynını qoruyub saxlayıb.

Ən maraqlısı odur ki, salonda ön panel boyu uzanan yeganə display də qalıbdır. 48-düymlük diaqonala malik olan displey zədələnmədən müdafiə edən  örtüyə malikdir və toxunuşlara cavab vermir.  Bütün funksiyaların idarə edilməsinə sükan topunda yerləşən yeddi düymlük və mərkəzi dirsəkaltındakı səkkiz düymlük displeylər cavabdehdirlər. Bundan başqa, səslə və jestlərlə idarəetmə də mövcuddur.

Konseptlə müqayisədə seriya modeli başqa oturacaqlara sahib olub. Müəyyən düymə və blokların yerləşməsi erqonomik standartlara uyğunlaşdırılıb. Bundan başqa, mümkün olan sayda ciblər və stəkanaltılar quraşdırılıb. Ön kreslolar avtomobilin mərkəzi oxuna nisbətən 10 dərəcə dönə bilirlər. Arxa sərnişinlər fərdi ekranlar ilə təmin ediliblər.  Krossoverin baqaj bölümünün həcmi 550-1450 litr arasındadır.

Byton M-Byte adi yaylara və passiv amortizatorlara malik olan şassi ilə təchiz edilib. Güc qurğusu üç variantda təklif olunur. Standart olaraq, krossover arxa oxda yerləşdirilmiş 272 at qüvvəli elektromotor və 72 kVs-lıq batareya ilə təchiz edilir. NEDC dövrü ilə krossover 430 km qət edir. İkinci modifikasiya isə, 95 kVs-lıq batareya ilə təchiz edilir və 550 km yürüş ehtiyatına malikdir. Belə M-Byte 100 km/saat həddinə 7,5 saniyəyə sürətlənir.

Nəhayət, top-versiya 408 at qüvvəsi hasil edən iki elektromotor və 95 kVs-lıq batareya ilə təchiz edilir. Top-versiyanın yürüş ehtiyatı 505 km təşkil edir. Krossover 100 km/saat həddini 5,5 saniyəyə toplayır və 190 km/saata qədər sürətlənir.  Byton M-byte modelinin batareyasını 150 kVt-lıq terminaldan doldurmaq olar. Elektromobil üçüncü səviyyəyə yaxın olan avtopilot sistemi ilə də təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

FMC şirkəti Çinin Nankin şəhərindəki zavodun inşasını başa çatdırıb. Test istehsalına bu ilin oktyabr ayında başlanacaqdır. Seriya elektromobilləri isə 2020-ci ilin ortalarında konveyerdən çıxmalıdırlar. Elektromobilin ilk satış bazarı Çin olacaqdır. Sonradan Byton K-Byte sedanı və miniven debüt etməlidir.

Avropa və ABŞ bazarlarına intervensiya 2021-ci ildə başlanmalıdır. Rəsmi səbəb olaraq yeni proqram təminatının hazırlanması göstərilib. Eelktromobilin mediasistemi Baidu kimi media nəhəngləri ilə işləməyə sazlanıbdır. Qalan ölkələr bu sistemdən bixəbərdilər. Buna baxmayaraq, M-Byte modelinin Avropa üçün təxmini qiyməti açıqlanıb – 45 min avro.