Blackwing layihəsinin baş mühəndisi Mirzə Qreboviç Cadillac Society nəşrinə verdiyi müsahibəsində Blackwing seriyasından olan Cadillac CT4-V və CT5-V super sedanlarının sürücüləri üçün sürpriz hazırladıqlarını bildirib. Sedanların sahibləri avtomobili işə salan zaman sürprizlə qarşılaşacaqlar. Təəssüf ki, Qrebovic bu sürprizin nədən ibarət olacağını izah etməyib.

Şayiələrə görə, sürpriz CT4-V və CT5-V Blackwing sedanlarının alacağı 12-düymlük rəqəmsal cihazlar paneli ilə əlaqəli olacaqdır. Böyük ehtimalla, supersedanlar üçün cihazlar paneli aktivləşdirildikdə nümayiş etdiriləcək xüsusi animasiya hazırlayıb. Digər bir şayiəyə görə, Blackwing supersedanları "yarış" startı funksiyasına sahib olacaqdırlar – mühərrik işə salındıqda effektiv akselerasiya baş verəcəkdir.

Cadillac CT4-V və CT5-V Blackwing sedanlarının istehsalına cari ilin 5 iyul tarixində start verləcəkdir.