Çinin Changan şirkəti CS75 krossoverinin yeni nəslini təqdim edib. Yeni Changan CS75 Plus modeli bir müddət bundan əvvəl təqdim edilmiş kupeşəkilli CS85 krossoveri ilə texniki cəhətdən unifikasiya edilib. Yeni modelin sələfindən iri olduğu bildirilsə də, onun ölçüləri açıqlanmayıb. Bundan başqa, krossover əsaslı olaraq imicini dəyişib – onun dizaynı daha cəsarətli və müəmmalı olub.

Standart krossoverlə yanaşı, onun “S” indeksli “idman” versiyası da təklif ediləcəkdir. “İdman” versiyası ön tərəfin özünəməxsus dizaynına və digər təkər disklərinə sahib olacaqdır. Krossoverin salonunun dizaynı hələlik sirr olaraq qalır. Changan CS75 modelinin top modifikasiyası 233 at qüvvəsi və 360 Nm fırlanma anı hasil edən 2,0-litrlik TGDI turbomühərriki və səkkiz pilləli Aisin “avtomatı” ilə təchiz ediləcəkdir. Avtomobilin 1,5-litrlik mühərriklə təchiz edilən sadə versiyaları da təklif olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Məlum məsələdir ki, Changan CS75 modelinin kütləvi təqdimatı gələn ay işinə başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir.