Chevrolet şirkətinin qlobal model çeşidində artıq bir Onix mövcuddur - Cənubi Amerika bazarında satılan hetçbek məhz belə adlanır. Model 2012-ci ildən buraxılsa da, bu qitənin sərhədləri xaricində məşhur deyildir. Artıq Çində də Chevrolet Onix modeli peyda olub. Lakin, avtomobillər adaş olsalar da onlar arasında heç bir ümumi cəhət yoxdur.

Əslində Çində debüt edən Onix modeli 2016-cı ilin Chevrolet Cavalier sedanın dərin təkmilləşdirmədən keçmiş variantıdır. Cavalier modelinin əvəzlənməsi səbəbləri açıqlanmasa da, istehsalçı yeni model haqqında bir sıra məlumatları dərc edib. Təqaüdə yollanan Cavalier kimi, Onix də birinci nəsil Cruze modelinin sadələşdirilmiş Delta platformasında inşa edilib. Sedan arxada yarımüstəqil asqı və baraban tipli əyləclər ilə təchiz edilib.

Təkər bazasının uzunluğu (2600 millimetr) dəyişməsə də, Chevrolet mühəndisləri kuzovun üzərində ciddi şəkildə işləyiblər: sedan sələfindən 70 millimetr (4474 millimetr) qısa, 49 millimetr (1730 millimetr) ensiz olub. Bundan başqa, yanacaq çəninin qapağı sağ tərəfdən sola keçirilib. İlkin olaraq, «idman» versiyası olan Redline modifikasiyası təqdim edilib. Bi modifikasiya seçilən dekoru və 16-düymlük təkər diskləri ilə seçilir. Bununla belə, sedanın salonu nümayiş etdirilməyib.

«Kavaler» modeli ilə müqayisədə Onix daha aşağı statusa malikdir - sedan əvvəlki 113 at qüvvəli 1,3-litrlik mühərrikin əvəzinə onun 103 at qüvvəli variantı ilə təchiz edilir. Digər, 1,0T DVVT turbomühərrikinin də gücü 120 at qüvvəsindən 116 at qüvvəsinə qədər azaldılıb. Transmissiya haqqında məlumat verilməyib. Cavalier modelinin arsenalında mexaniki, 6-pilləli avtomatik  və «yaş» muftalı «robot» da var idi.

Yeni sedanın istehsalı SAIC-GM birgə müəssisəndə həyata keçiriləcəkdir. Onix modeli sələfindən daha ucuz olmalıdır. İndiki Cavalier modelinin Meksikada satıldığını nəzərə alsaq, Chevrolet Onix modelinin digər bazarlarda da satılacağını ehtimal etmək olar.