Chevrolet şirkəti bir dəfəyə üç modeli yeniləyib. Spark, Cruze və Malibu modellərinin kuzovlarının ön hissəsinin dizaynı yenilənmiş, xrom elementlərin sayı artırılmışdır.

Chevrolet Spark avtomatik əyləcləmə sisteminə, Malibu isə RS «idman» modifikasiyasına sahib olubdur. Spark modeli yeni bamperə, radiator barmaqlığına və yeni ön fənərlərə sahib olub. Modelin standart təchizatına on təhlükəsizlik yastığı, arxa görüntü kamerası və kondisioner ilə təchiz edilir. Spark modeli 99 at qüvvəli atmosfer mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı mexaniki və variator ilə tandemdə çalışacaqdır. Sedan və hetçbekdən ibarət olan Chevrolet Cruze ailəsi yeni ön dizayn ilə birlikdə işıqdiodları olan arxa fənərlərə və təkmilləşdirilmiş təkər diskləri xəttinə sahib olub. Avtomobilin interyeri üçün tünd-qəhvəyi rəngində tərtibat variantı da nəzərdə tutulubdur.

Yenilənmiş Cruze modelinin təchizatına yeddi düymlük sensorlu ekranı olan multimedia sistemi, Wi-Fi giriş nöqtəsi, LTE rabitə protokolu, mühərrikin məsafədən işə salınması və klimat-kontrol daxildir.

Modelin elektron yardımçılar kompleksinə arxa parktronik, zolaqda saxlama funksiyası, köndələn istqamətdə hərəkət edən avtomobillər barədə xəbərdarlıq edən sistem və kor zonalara nəzarət sistemi daxil edilibdir. Chevrolet Malibu RS modeli qara rəngli radiator barmaqlığı, tündləşdirilmiş emblemlər, arxa spoyler, 18-düymlük təkər diskləri və ikili boruları olan buraxılış sistemi ilə təchiz edilir. 162 at qüvvəli 1,5-litrlik turbomühərrik ilə təchiz edilən avtomobillər artıq altı pilləli avtomatik transmissiya və variator ilə də təklif edilir.

Malibu modelinin mühərrik çeşidinə 253 at qüvvəli 2,0-litrlik mühərrik və 185 at qüvvəli hibrid güc aqreqatı da daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt