Bu gün Changan Ford müştərək müəssisəsi Çində yenilənmiş Edge krossoverinin satışlarına başlayıb. Restaylinqdən əvvəlki modelin istehsaldan çıxarılmasına baxmayaraq, yenilənmiş krossover Plus indeksini alıb. Yenilənmiş Edge modelinin eksteryerində baş vermiş dəyişikliklər əsasən ön tərəfdədir.

Çində satılan krossoverin uzunluğu 4850 millimetr, eni - 1925 millimetr, hündürlüyü - 1734 millimetr, oxlar arasındakı məsafə isə 2850 millimetr təşkil edir. Dizayn baxımından Çində satılan krossover amerikalı qardaşından bir addım öndədir. İndi krossoverin genişləndirilmiş radiator barmaqlığı LED ön fənərlərə daha sıx şəkildə birləşir. Üstəlik, yeni dizayna malik olan yeni ön bamper duman əleyhinə işıqları itirib.

Arxa bamper yenilənməyib, baxmayaraq ki, buraxılış sisteminin ikitərəfli çıxış boruları fərqli tərtibata malikdirlər. Qarafikası dəyişməyən arxa fənərlər parlaq qara zolaq əvəzinə nazik xrom zolaqla birləşdirilir. Bu səbəbdən də, Ford loqosunun altında model iri hərflərlə yazılmış adı peyda olub.

Salonda baş vermiş dəyişikliklər daha ciddi xarakter daşıyır: 12,8-düymlük şaquli sensorlu ekranın əvəzinə, səkkiz və 13,2-düymlük iki displeydən ibarət olan üfüqi ekrandan istifadə edilməsinə qərar verilib. Bundan başqa, salonda alt hissəsi "kəsilmiş" yeni çoxfunksiyalı sükan çarxı peyda olub. Hava deflektorları isə, boşlmış mərkəzi konsola keçiriliblər. Klimat kontrol sistemi sensorlu idarəetmə blokuna sahib olub. Onun altında, qadcetlərin simsiz doldurulması meydançası, USB portu və rozetkası olan qapaqla örtülən bölmə yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Edge modelinin ST-Line top verrsiyası da daxil olmaqla bütün versiyaları 245 at qüvvəsi və390 Nm fırlanma anı hasil edən 2,0-litrlik  EcoBoost benzin turbomühərriki, səkkiz pilləli "avtomat", ön və ya tam ötürmə təklif edilirlər.

Beş nəfərlik Edge Plus almaq üçün 229.800-269.800 yuan, yeddi nəfərlik variant üçün isə 269.800-309.800 yuan tələb olunur. Çində bu krossoverə olan tələbat getdikcə azalır: 2016-cı ildə 123.690 ədəd Edge modeli satılmışdırsa, 2019-cu ildə cəmi 32.815 ədəd öz alıcısını tapıb. 2020-ci ilin yanvarından noyabrına qədər 22.235 ədəd krossover satılıb.