İnternet şəbəkəsində yeni nəsil Rolls Royce Phantom modelinin dizaynını əks etdirən təsvirlər peyda olub. Bu təsvirləri CarNewsChina.com saytı da daxil olmaqla bir neçə Çin KİV-ləri yayıb.

Dərc edilmiş təsvirlərdən dəbdəbəli sedanın yeni nəsilinin tamamilə yenilənmiş ön hissəyə malik olacağı görünür.

Sedan yeni radiator barmaqlığına, ön bamperə və işıq texnikasına sahib olacaqdır. Bundan başqa, sedanın interyerinin də təsvirləri də dərc edilibdir. Burada yeni skan çarxını, mərkəzi konsolu və digər cihazlar panelini görmək mümkündür. Eyni zamanda, ənənəyə sadiq olaraq Phantom modeli müxaniki saatla təchiz ediləcəkdir.

CarNewsChina.com  saytı bu təsvirlərin təqdim olunmamış modelin konfiquratorundan götürüldüyünü iddia edir. Həmçinin WorldScoop saytının forumunun Quirky kod adlı istifadəçisi bu təsvirlərin yeni nəsil Phantom modelinin kitabçasında olduğunu da bildirib. Keçən ay Rolls-Royce şirkəti yeni nəsil Phantom modelinin fraqmentləri təsvir edildiyi ehtimal olunan videoçarxı dərc etmişdi. O zaman, məşhur sedanın səkkizinci nəslinin 27 iyul tarixində Londonda keçiriləcək xüsusi tədbirdə təqdim ediləcəyi bildirilmişdi.   

Image alt Image alt Image alt