Bir il bundan öncə, Cupra markası Cenevrə avtosalonunda Seat şirkətinin model xəttində bənzəri olmayan ilk avtomobilini - Formentor modelini təqdim etmişdi. O zaman avtomobil konsept statusunda çıxış edirdi. Bu gün ispan markası Cupra Ateca və Cupra Leon ailəsini təklif edir. Cupra Formentor modelinin seriya variantını isə gələn həftə bu modellərə qoşulacaqdır.

Krossoverin qeydə alınmış cəsus şəkillərinə baxsaq, konseptin seriya modelinə yaxın olduğunu görərik. Bu səbəbdən də, avtomobilin görkəmində elə də ciddi dəyişikliklərin olacağını düşünmürük.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cupra Formentor modeli tərkibinə 1,4-litrlik benzin turbomühərriki, elektromotor və ilitium-ion batareyası daxil olan hibrid qurğunu qoruyub-saxlayacaqdır. Qurğunun ümumi hasilatı 245 at qüvvəsidir. Mühərrik DSG «robotu» ilə tandemdə çalışır. Elektrik ötürməsi ilə Formentor WLTP metodu ilə 50 kilometr məsafə qət edir. Krossoverin təchizatına elektronika ilə idarələnən DCC amortizatorları və differensialın qapanması daxil olacaqdır.

Çox güman ki, Cupra Formentor Cupra Leon universalının təchiz edildiyi 310 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərriki də ala bilər.