Daimler konserni Smart şirkətinin səhmlərinin yarısını Geely şirkətinə satacaqdır. Xatırladaq ki, Geely şirkəti Geely Auto, Lotus, Lynk&Co, Proton və Volvo markalarının sahibidir. Şirkət daxilindəki mənbələr sövdələşmə barədə məlumatın Şanxayda keçriləcək avtosalon öncəsi elan ediləcəyini bildiriblər.

Bir müddət bundan öncə, ilin sonuna qədər Daimler konserninin Smart şirkətinin taleyini həll edəcək qərarı qəbul edəcəyi barədə məlumat peyda olmuşdu. Konsern rəhbərliyi şirkətin maliyyə nəticələrindən narazıdır və markanı tərəddüdsüz ləğv edə bilər. Ekspertər bunu Daimler konserninin elektromobillik xidmətlərinin çatdırıcısı və elektrokarların istehsalçısına çevrilmək istəyi ilə əlaqələndirirlər. Bu dəyişiklik külli miqdarda sərmayə qoyuluşu tələb edir.