2023-cü ildə Bentley “Le Manın 24 Saatı” marafonundakı qələbəsini qeyd etmək üçün Continental GT modelinin xüsusi nəşrini buraxıb. Bentley Speed 8 sportprototipinin 4,0-litrlik V8 mühərrikinin klapanının bir hissəsi almış 48 avtomobildən ibarət olan xüsusi nəşr Le Mans Collection adlanır və bu avtomobillərin 2003-cü ilin marafonundakı uğurlu çıxışının 20-ci ildönümünə həsr edilib. İndi isə, məhdud tirajla buraxılmış sportkarların sahiblərinə eksklüziv Bentley Bentayga Apex Edition krossoveri təklif olunur.

Eksklüziv krossoverin əsas xüsusiyyəti xüsusi olaraq Bentayga Apex Edition üçün hazırlanmış 22-düymlük Mulliner karbon təkər diskləri dəstidir. Bucci Composites ilə əməkdaşlıqda hazırlanmış karbon disklər ümumlikdə 24 kiloqram çəkiyə qənaət etməyə imkan verirlər. Yenilik vizual olaraq, kapot və damdakı uzununa çəkilmiş zolaqla seçiləcək. Bentley ilk dəfədir ki, Bentyaga modelində belə zolaqlardan istifadə edir.

Kuzov üçün altı boyama variantı təklif edilir. Birinci variant qırmızı Candy Red rəngini Anthracite və Arctic White çalarları ilə birləşdirir, ikinci - Anthracite, Beluga və Mandarin rənglərini təklif edir, üçüncü - Orange Flame, Linen, Newmarket Tan və Charcoal, dördüncü - Alpine Green, Portland və Cumbrian Green, beşinci - Pale Brodgar, Anthracite və Bacalar Bronze, altıncı - Extreme Silver, Beluga və Signal Yellow çalarlarının birləşməsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yalnız Bentley Continental GT Le Mans Collection sahibləri tərəfindən sifariş verilə bilən Verdant Green və Moonbeam Le Mans birləşməsi ayrıca mövqeləndirilir. Hər bir Bentayga Apex Edition modeli satinləşdirilmiş karbondan splitterə, spoylerə, yan ətəklərə və güzgü korpuslarına malikdir. Salonda karbondan dekor və xüsusi versiyanın, o cümlədən oturacaqlara tikilmiş, loqotipləri var. Bentley Bentayga Apex Edition modelinin tirajı dünya üzrə 20 nüsxə ilə məhdudlaşacaq. Unikal tərtibatın qiyməti açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.