Toyota 2023-cü ildə də dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalıb. İl ərzində şirkət 11,2 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur. Bu, yapon istehsalçısının tarixindəki yeni rekorddur. Bu rekord sayəsində, Toyota ardıcıl olaraq dördüncü dəfə avtomobil bazarında bütün digər oyunçuları üstələyib. İkinci yerdə son bir ildə satışlarını 12 faiz artıraraq 9,2 milyon avtomobil satmağı bacaran Volkswagen qərarlaşıb.

Təkcə Toyota və Lexus 2023-cü ildə dünya üzrə 10,3 milyon avtomobil satıb, qalan avtomobillər isə qrupa daxil olan digər markaların payına düşür. Satılan avtomobillərin əksəriyyəti sırf yanacaqla, təxminən üçdə biri benzinlə işləyən avtomobillərdir. Elektromobillərin payı bir faizdən azdır. Konsernə daxil olan markalar üçün əsas bazar ABŞ olub.

Yaponiyadan kənarda Toyota və Lexus markaları 8,6 milyon, daxili bazarda isə 1,7 milyon avtomobil satıblar. Eyni zamanda, ən aktiv artımı Lexus markası nümayiş etdirib: onun satışları dünya üzrə üçdə bir dəfə, Yaponiyada isə təxminən 130 faiz artıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.