Mercedes-Benz CLA-nın dördqapılı kupesi daha da idmansayağı oldu. Avtomobili almaq üçün əvvəlcədən sifarişlər 2019-cu ilin yazında qəbul olunmağa başlayacaq. 

İkinci nəsil Mercedes-Benz CLA Las Veqasda keçirilmiş İstehlakçı Texnologiyası Sərgisində (Consumer Electronics Show) nümayiş olunmuşdur. 

Avtomobilin dünyaya tanıdılması üçün məhz bu yerin seçilməsi təsadüfi deyildir. Avtomobil yeni texnologiyaların tətbiq olunduğu unikal MBUX məlumat-əyləncə sistemi ilə təchiz edilmişdir. Məhz bu cəhət avtomobilin bazarda təşviqi üçün əsas olmalıdır.  Görünür, nəqliyyat vasitələrinin yeni qavrayış forması dövrü yaxınlaşır. Hər bir halda, şirklətin marketoloqları avtomobilə fərqli baxış bucağından baxan yeni istehlakçı qrupunu müəyyənləşdiriblər. 

Avtomobilləri onların mühərrikləri, qutuları və aparatlarına görə qiymətləndirməyə alışmış istehlakçıları yeni nəsil Mercedes-Benz CLA məyus etməyəcək. Belə ki, avtomobilin bütün ənənəvi üstünlükləri saxlanılmışdır. 

Mercedes-Benz-in Azərbaycandakı baş nümayəndəliyi “Avtokapital-Azərbaycan” şirkətinin satış üzrə direktoru Rauf Şahverdiyevin sözlərinə görə, avtomobili almaq üçün əvvəlcədən sifarişlər 2019-cu ilin yazında qəbul olunmağa başlayacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sifarişlər aşağıdaki ünvanlarda qəbul ediləcək:

Autostar Kaukasus

Tel.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi

Tel.: + 994 12 347 78 00