BMW Motorsport komandasının direktoru Yens Markvardtın fikrincə, DTM çempionatının gələcəyini təmin etmək üçün ən yaxşı üsul “Klass 1” texniki reqlamentinə keçilməsidir.

2018-ci ilin sonunda Mercedes komandasının çempionatı tərk etməsi, Audi və BMW markalarının seriyaya olan marağını qoruyub-saxlamaq və yeni istehsalçıların cəlb edilməsi məsələsini ön plana çıxarıb. Variantlardan biri də, bu il tətbiq ediləcəyi planlaşdırılan və Super GT çempionatı ilə unifikasiya edilmiş qaydalar toplusunun qəbul olunmasıdır.

“Biz azarkeşlərə seriyamızın gələcəyi uğrunda mübarizə aparmağa söz vermişik. İndi bunun üçün var gücümüzlə çalışır və promouterlər ilə danışıqlar aparırıq, - TouringCarTimes nəşri Markvardtdan sitat gətirib. – Biz “Klass 1” qaydalarını dəstəkləyirik və dörd silindrli turbomühərriklər keçməyə, həmçinin yeni aerodinamik kuzov dəstinin tətbiq etməyə razıyıq.

Bu konsepsiya DTM-in gələcəyini təmin edəcək və seriyanın beynəlxalq səviyyəyə çıxmasına yol açacaqdır.  Bütövlükdə bu tədbirlər bizim platformanın cəlbediliciyini artıracaqdır. Yeni istehsalçıların  seriyaya gəlməsindən yalnız məmnun olardıq”.