Alman kuzov çempionatına yeni ağır zərbə avstriyalı sponsorlardan gəlib. Red Bull və BWT markaları alman turinq seriyasını tərk etmək qərarını qəbul ediblər.

Hərçəndi, Red Bull şirkətinin verdiyi bəyanatda bu tərk edişin müvəqqəti olduğu bildirilib. Avstriyalılar mövsümün nəticələrindən asılı olaraq geri qayıtmaq barədə qərar qəbul edəcəklərini söyləyiblər. "Mövsümün sonunda DTM çempionatının taleyinə aydınlıq gətirildikdən sonra, biz vəziyyətin yenidən qiymətləndirilməsi ilə məşğul olacağıq", - bəyanatda bildirilib.

Red Bull-un bu qərarı 2001-ci ildən bu günə qədər ilk dəfə olaraq çempionatdakı avtomobillərin üzərində "qırmızı öküzlərin" olmayacağı anlamına gəlir. 2017-ci ildə Red Bull livreyasında Mattias Ekstremin Audi RS5 DTM və Marko Vittmannın BMW M4 DTM siluetləri çıxış edirdilər. Buna baxmayaraq, ralli-kross çempionatına keçən Ekstrem əvvəllki kimi Red Bull-un dəstəyini alacaqdır.

BWT şirkəti də bu il DTM çempionatında təmsil olunmayacaqlarını, əsas gücün Formula 1 çempionatındakı Force India komandası ilə əməkdaşlığa sərf ediləcəyini bildiriblər. Xatırladaq ki, keçən il avstriya markası Mercedes pilotları Lukas Auerə və Edoardo Mortaraya dəstək verirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt