Mercedes komandasının ispan pilotu Daniel Hunkandella Brands Hatch-də keçirilən ilk yarışı uğursuz başlasa da, sonradan liderliyi qaytararaq DTM çempionatındakı ilk qələbəsini əldə edib.

Yarışa pouldan başlamasına baxmayaraq Hunkandella komanda yoldaşı Lukas Aueri və Audi pilotu rene Rastı irəli buraxaraq üçüncülüyə qədər geriləyib. Lakin, Rast ilk dövrədə pitə yollanaraq ikinciliyi ispan pilota təhvil verib. Loik Dyüvalın trekdən çıxması qısa müddətə sarı bayraqların dalğalanmasına səbəb olub. Bundan sonra Daniel Aueri təqib edərək onu haqlamağa müvəffəq olub.

Yeddinci dövrədə Hunkandella pit-stiopa yollanıb. Lukas Auer isə ondan iki dövrə sonra təkərlərini dəyişmək qərarına gəlib. Pitdən Auer öndə çıxsa da, təkərlərini qızdıran Hunkandellaya müqavimət göstərə bilməyib. Komanda yoldaşını keçən ispan pilot isə yarışın gedişinə nəzarət edərək DTM çempionatındakı ilk qələbəsini əldə edib. Auer isə, üstəlik Auqusto Farfusa (BMW) da keçilərə yarışı üçüncü yerdə bitirib. 

Çempionatın lideri Qəri Paffett isə, yarışı keçmiş Formula 1 pilotu Paskal Verlyaynın önündə altıncı yerdə bitirib. Qüvvədə olan dünya çempionu Rene Rast (Audi) dördüncü, Filipp Eng (BMW) beşinci olublar. İlk onluğu Edoardo Mortara (Mercedes), Marko Vittmann (BMW) və Mayk Rokenfeller (Audi) tamamlayıb.

Image alt Image alt Image alt Image alt Image alt