Mercedes komandasının şotland pilotu Pol di Resta Brands Hatch-də Qalib gələrək bu mövsümdəki ikinci qələbəsini əldə edib. O, bu yarışda çempionatın lideri olan Qəri Paffetti məğlub etməyə müvəffəq olub.

Pol di Resta ilk dövrədə yarışı pouldan başayan komanda yoldaşı Qəri Paffetti ötərək, bu mövsümdəki ikinci qələbəsinin təməlini qoyub.

Şatland pilotun liderliyi ələ keçirməsi ilə eyni anda trekdə təhlükəsizlik avtomobili peyda olub. Təhlükəsizlik avtomobilinin trekə çıxamsına səbəb isə Lukas Auerin (Mercedes) Robin Fryins (Audi) ilə toqquşması olub.

Restartdan sonra di Resta liderliyi qoruyub-saxlamağa müvəffəq olub və mütləq pit-stopdan sonra pitdən Paffettin önündə çıxıb. Son dövrələrdə Paskal Verlyaynı (Mercedes) keçən Rene Rastın (Audi) təzyiqi ilə üzləşən Paffett yarəşə liderdən bir saniyə geridə ikinci olaraq bitirib.

Marko Vitttmann (BMW) yarışı - beşinci, Mayk Rokenfeller (Audi) - altıncı, Filipp Enq (BMW) - yeddinci olaraq bitirib. 

İlk onluğu tamamlayan pilotlar Lukas Auer, Daniel Hunkadella (hər ikisi Mercedes) və Niko Müller (Audi) olub.

Yarışın sonunlarında altıncı yerdə yarışı davam etdirən Ceymi Qrin pitdən keçmə cəzası alaraq peletonun sonuna qədər geriləyib. Yarış Loik Dyüval üçün də uğursuz bitib - onuncu yerdə qərarlaşan pilot yarışın bitməsinə dörd dövrə qalmış deşilən təkər ucbatından xal qazanmaq şansından məhrum olub. 

Böyük Britaniyada keçirilən mərhələdən sonra qəri Paffett pilotlar birinciliyindəki liderliyini qoruyub-saxlayır. O. Pol di Restanı 29 xal qabaqlayır. Marko Vittmann (BMW) isə üçüncüdür.

Image alt Image alt Image alt Image alt