General Motors konserninə daxil olan Avstraliyanın Holden şirkəti Time Attack Concept virtual hiperkarını təqdim edib. Yarış kupesi GM Holden Design&Engineering bölməsi tərəfindən hazırlanıbdır. Konsept markanın 1000 kilometrlik Bathurst yarışındakı ilk qələbəsinin 50 illik yubileyinə həsr olunub.

Holden Time Attack konsept avtomobili tamamilə virtual məkanda yaradılıbdır. Şirkətin şef-dizayneri Riçard Ferlazzonun sözlərinə görə, rəqəmsal texnologiyalar avtomobillərin layihələndirməsi prosesini dəyişib və bu hiperkar onun komandasının rəqəmsal imkanlarının nümayişidir. Mühəndislərin yardımı ilə Farlazzoya maksimum dərəcədə düşünülmüş və detallaşdırılan modeli yaratmaq nəsib olub. Vizualizatorların köməyi ilə konsept Avstraliyadakı Mount Panorama Circut avtodromunu qət edib.

Mühəndislərin düşüncəsinə görə, Holden Time Attack yarış hiperkarını sellülozadan şanvari özəkləri, quraşdırılmış deformasiya zonaları və müdafiə “baraması” olan karbon monokokun ətrafında inşa edəcəkdirlər. Elektrohiperkarın kuzovu isə polikarbonat-qrafen nanokompozit örtüyünə malik olan karbon-kevlar panellərdən hazırlanacaqdır.  Avtomobilin altı hamar olacaqdır ki, burada havanın keçməsi üçün dörd kanal quraşdırlacaqdır. Bu kanallar arxa hissədə yuxarıya döğru əliyərək Venturi borusu effektini yaradacaq və aerodinamik müqaviməti azaldacaqdır.

Hiperkar fərdi üç diapazonlu “avtomatları” olan dörd 250 kilovatlıq elektromotorla təchiz ediləcəkdir. Güc qurğusunun ümumi hasilatı bir meqavat, yəni 1360 at qüvvəsi, və 3240 Nm təşkil edəcəkdir. 100 km/saat həddinə Holden Time Attack 1,25 saniyəyə sürətlənəcəkdir. Hiperkarın maksimal sürəti 480 km/saat olacaqdır.

Elektromotorlar 25 kilovat-saatlıq qrafen akkumulyatorlarından qidalanacaqdır. 1000 kilovatlıq yükləməni dəstəkləyən avtomobilin batareyalarını 90 saniyəyə doldurmaq mümkün olacaqdır. Avtomobil karbon-saxsı əyləc mexanizmlərinə, hidravlik aktuatorları olan aktiv asqıya, proqramlanan klirensə, aşmadan müdafiə sisteminə, hərəkət edən antiqanadı və təkər sipərləri olan aktiv aerodinamika kompleksinə, telemetriya sisteminə və tamamlanmış reallıq dəbliqəsinə malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt