DTM çempionatında iştirak edən üç komandanın nümayəndələri keçən həftəsonu SUPER GT seriyasının Motegidə (Yaponiya) keçirilən final mərhələsinin qonağı olublar.

Twin Ring Motegi avtodromunda Honda, Lexus və Nissan avtomobilləri ilə yanaşı trekə Audi, BMW və Mercedes-Benz bolidləri çıxıblar. Əvvəlcə Loik Dyuval (Audi), Augusto Frafus (BMW) və Maro Engel (Mercedes-Benz) avtodroma yığışan tamaşaçılar qarşısında çıxış ediblər. Sonradan Audi RS 5 DTM, BMW M4 DTM və Mercedes-AMG C63 DTM siluetlərinə Honda NSX-GT, Lexus LC500 və Nissan GT-R bolidləri də qoşulublar.

«Bu inanılmaz bir an idi, - İTR rəhbəri Gerhard Berger bildirib. - Bir neçə müddət bundan öncə SUPER GT pilotları bizim final mərhələsində iştirak etmişdirlər. Bu gün isə, bənzər hadisənin Yaponiyada cərəyan etdiyinin şahidi oluruq».

SUPER GT avtomobillərini Tomoki Nociri (Honda), keçmiş Formula 1 pilotu Heykki Kovalaynen (Lexus) və Ronni Kintarelli (Nissan)  idarə ediblər. DTM və SUPER GT pilotları ilə birlikdə Gerhard Berger də avtoqraf sessiyasında iştirak edib. 

«Yapon azarkeşləri heyranedici ruh yüksəkliyinə malikdirlər», - Auqusto Farfus bildirib. 

SUPER GT seriyasının promouteri olan GTA təşkilatının rəhbəri Masaaki Bandohi ilə keçirilən birgə mətbuat konfransı zamanı Gerhard Berger doğan günəş ölkəsində DTM nümayəndələrinin böyük məhəbbətlə qarşılanmasını «DTM və Super GT seriyaları arasında olan dostluğun və əməkdaşlığın simvolu» adlandırıb. O, 2019-cu ildə DTM seriyasının dörd silindrli turbomühərriklərə keçməsini, hər iki seriyanın ümumi məqsədlərinə yaxınlaşmasının bariz nümunəsi kimi səciyyələndirib.

Masaaki Bandoh da əməkdaşlıq üçün yaxşı zəminin olduğunu bildirib: «Biz DTM və SUPER GT seriyasının birgə yarışlarının keçirilməsi üçün daha bir ciddi addım atmış olduq. Çox vaxt ötməsinə baxmayaraq,  nəhayət ümumi qaydaları hazırlayaraq birgə yarışlara yol açmış olduq. Əminəm ki, Yaponiya ilə Avropa arasındakı məsafə qısalıbdır».

Yarış günü isə, DTM pilotları isitmə dövrəsində peletona başçılıq ediblər. Polis motosikllərinin və avtomobillərinin müşayəti ilə başlayan işitmə turundan sonra DTM avtomobilləri treki tərk ediblər. SUPER GT avtomobilləri isə yarışa davam ediblər. Final yarışını, Avropalı azarkeşlərə yaxşı tanış olan Nissan GT-R pilotu Ronni Kintarelli qazanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt