DTM çempionatını milyonlara sevdirən onun hər zaman sürprizlərə açıq olmasıdır. Bu gün biz bunun bir daha şahidi olduq. Moscow Raceway trekində keçirilən ikinci yarışda 17-ci yerdən start alan Maro Engel günün sürprizinə imza ataraq qalib gəlib.

Bu alman pilotun DTM-dəki ilk qələbəsidir. Engelin qələbəsini təmin edən amillərı onun ilk dövrədə etdiyi pit-stop və təhlükəsizlik avtomobilinin trekə çıxışı olub. Yarışın əvvəlində Loik Dyuval (Audi) ilə təmas yaşayaraq trekin xaricinə çıxan Maksim Martenin BMW M4 DTM avtomobilinin altıncı dövrədə əyləclərinin imtina etməsi təhlükəsizlik avtomobilinin trekə daxil olması ilə nəticələnmışdır.

Bu hadisədən ən çox qazanan pilotlar isə ilk dövrədə pitə yollanan Marko Vittmann (BMW), Maro Engel (Mercedes-Benz), Loik Dyüval və Tom Blomkvist (BMW) olublar. Təhlükəsizlik avtomobilinin çıxaması adı çəkilən pilotlara peletona çatmağa imkan verib. Qalan pilotların yarışın sonrakı dövrələrində pit-stopa yollaması ilə onlar yuxarı sıralara yüksəliblər.

Bunun əksinə olaraq yarışa liderlik edən Bruno Spenqler və Mattias Ekstrem pit-stopdan sonra arxa sıralara düşüblər. Lakin, Audi komandasının rəhbərliyi maraqlı üsula əl atıb - onlar geridən start alan Niko Mülleri trekdə saxlayaraq Ekstremin irəlidə olan pilotlara çatmasını təmin ediblər. Restartda Marko Vittmannı keçən Maro Nikonu ötməyə cəhd göstərsə də buna nail ola bilməyib.

Öz növbəsində, Mattias sürətli dövrələr ataraq əvvəlcə Pol di Restanı, sonra isə Loik Dyüvalı və Tom Blomkvisti arxada qoyub. İsveç pilot çempionluq titulu uğrunda mübarizədə əsas rəqibləri olan Rene Rast və Lukas Auerin arxa sıralara düşməsi Mattiasın işinə yarayıb.

Yarışın sonlarına döğru dördüncü yerə yüksələn Ekstrem Vittmannı ötmək üçün xeyli əziyyət çəknəli olub. Onun Vittmannla mübarizədə itirdiyi zaman Ekstremi qələbədən edib. Yarışın son dövrəsində Maro Engelə yaxınlaşan Ekstremin alman pilota hücum etmək şansı belə olmayıb.  

Beləliklə, keçrilmiş onuncu yarışdan sonra Mattias Ekstrem 113 xalla pilotlar çempionatına liderlik edir. Onun komanda yoldaşı Rene Rast 112 xalla ikinci yerdə qərarlaşıb. Lukas Auer isə 99 xalla üçüncüdür.

Komandalar çempionatına 199 xalla Audi Sport Team Rosberg komandası liderlik edir. Onları 149 xalla digər Audi təmsilçisi Audi Sport Team Abt Sportsline komandası təqib edir. 140 xal toplamış BWT Mercedes-AMG Motorsport komandası üçüncüdür.

Markalar çempionatında Audi 421 xal toplayaraq liderliyini möhkəmlədib. Mercedes-Benz 341 xalla ikinci, 308 xal toplayan BMW üçüncüdür. Çempionatın növbəti mərhələsi avqust ayının 18-20 tarixlərində Niderlandın Zandfort avtodromunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt