ABŞ-da yeni Toyota Camry modelinin satışlarına start verilib. Yapon brendinin Şimali Amerika ofisi XV80 modelinin qiymət siyahısını da açıqlayıb. Proqnozların əksinə olaraq, yeni sedanın başlanğıc qiymətinin nəzərəçarpacaq dərəcədə ucuz - 30 min dollardan aşağı olduğu ortaya çıxıb: baza hibridi 28,4 min dollara başa gələcək. Toyota Camry ilkin benzin-elektrik versiyası nəsil dəyişməsindən sonra hətta ucuzlaşıb, lakin yeni opsiyalar sayəsində qiymət diapazonu demək olar ki, dəyişməz qalıb.

Yeni Toyota Camry modelinin dünya debütü keçən ilin noyabrında ABŞ-da keçirilib, lakin biznes sedan Çin bazarına daha əvvəl daxil olub və yalnız indi Şimali Amerikada satışa çıxarılıb. Ən maraqlısı odur ki, amerikalılar artıq güc qurğusunu seçmək şansına malik deyillər:  yapon sedanı yalnız 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan THS hibrid sistemi ilə təklif edilir. Amerikalılar yalnız ötürmə növünü seçə biləcəklər.

Okeanın o tayında zəngin təchizatlı versiyalar idman paketinin varlığından asılı olaraq, 33,4-34,6 min dollara başa gəlir. Elektrik E-Four tam ötürməsini, iki rəngli kuzovu, opsional elektron köməkçiləri və digər opsiyaları əlavə etdikdə isə, qiymət 42-44 min dollara qədər arta bilər. Toyota yeni nəsil hibrid sedanın çox qənaətcil olduğunu israr etsə də, real şəraitdə biznes sedan qarışıq rejimdə 100 kilometrə təxminən səkkiz litr benzin “yandırır”.

Çox güman ki, zaman keçdikcə xüsusi versiyalar, o cümlədən TRD Pro kuzov dəsti ilə təchiz edilmiş versiyalar da Toyota Camry modifikasiya çeşidinə qayıdacaqlar. Ancaq yeni nəsildə V6 mühərriki olmayacaq, çünki yapon brendi "böyük" mühərriklərdən imtina edib. Tam ölçülü ofrouderlər V8 mühərriklərindən altısilindrli  turbomühərriklərə, yeni orta ölçülü modellər isə, dördsilindrli turbo və atmosfer mühərriklərinə keçirlər.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.