Yeni 2017-ci ilin başa çatmasına bir neçə saat qalır. Bu il Autograph dərgisinin TV variantı olan Autograph TV-nin 15 yaşı tamam oldu. 2017-ci il dərgimiz Mercedes-Benz GLE Coupe krossoverinin testi ilə başladı və biz il boyu çoxsaylı testlərdə iştirak edərək sizlərə məlumat verdik.

Bu il hadisələr baxımından da bol oldu. Autograph komandası möhtəşəm keçən Azərbaycan Qran Prisindən azarkeşlərə maraqlı reportajlar təqdim etdi. Yerli testlərimiz də az olmadı. Avtomobil sektorunun böhran yaşamasına baxmayaraq, kollektivimiz hər zaman sivil avtomobil sektoruna dəstək verməyə çalışdı və əminik ki, bu işin öhdəsindən uğurla gəlmişik.  Biz hər zaman oxucularımızı dünya avtomobil sənayesində baş verən yeniliklərlə tanış etməyə çalışmışıq və ümid edirəm ki, sizin gözləntilərinizi doğrultmuşuq.  

Artıq qarşıda bizi yeni 2018-ci il gözləyir. Bu münasibətlə bütün Autograph oxucularını təbrik edir və üzümüzə gələn ildə hər birinizə xöşbəxtlik, səadət və uğurlar arzulayırıq! Əlbəttə ki, sizə xəyal etdiyiniz  avtomobilə sahib olmanızı da arzulayırıq!