«Nəzərə al ki, bu meydançada əldə etdiyin təcrübə sənə nəinki qarlı və buzlu yarış treklərində, həmçinin gündəlik həyatda da gərək olacaqdır», - Mixail mənə müraciət edir. «Mixail, təsəvvür edirsən, bu il Bakıya qar yağmayıb», - gülərək cavab verirəm.

Hər zaman zarafat etməyi, amma gərək olduqda sərt şəkildə səhvləri göstərən Mixail təcrübəli təlimatçılar qrupunun başçısıdır. Onunla artıq yaxından tanışıq. Keçən il Ladoqa malikanəsində təşkil edilmiş qış ekstremal sürücülük məktəbində tanış olmuşduq. O zaman da mən Kareliyadakı məktəbdə təlim keçmək üçün Renault şirkətinin Rusiya nümayəndəliyinin dəvətini almışdım. İş elə gətirdi ki, ikinci dəfə də bu kurslarda iştirak etmək şansı mənə qismət oldu.

Əlbəttə, şübhəsiz belə məktəblərdə əldə edilən təcrübə sürücüyə yeni biliklər və vərdişlər qazandırır. Lakin, məlum səbəblərdən bu vərdişlərdən Bakıda istifadə etmək mümkün deyil. Səbəbi isə hər kəsə məlumdur - Bakıda qışda qar yağması da nadir rastlanan hadisəyə çevrilib. Hətta, qar yağanda belə KİV-lər «Bakıda yanvar ayında gözlənilmədən qar yağdı» deyərək bəyanatlar verirlər. Odur ki, belə kursların mənim üçün əhəmiyyəti böyükdür. Atalar demişkən - «təkrar biliyin anasıdır». 

Ladoqa malikanəsi bizi 20 dərəcəlik şaxta ilə qarşıladı

Əslində mən Ladoqa malikanəsində keçirilən brifinqə qədər məşqlərin keçən ilki qaydada keçəcəyindən əmindim. Lakin, tədbirin təşkilatçıları yanıldığımı sübut etdilər. Əsasən də, offroad hissəsində köklü dəyişikliklər var idi. Keçən il offroad hissəsi yalnız meşə ilə yüngül gəzintiyə bənzəsə də, bu dəfə offroad hissəsinə trial elementləri daxil edıb onu iki hissəyə bölmüşdülər. İndi isə «yelləncək» elementini qərt olunması, qarla örtülmüş trassada çoxsaylı maneələrin qət edilməsi, mürəkkəb relyefi və qəfil dar döngəsi olan təpənin keçilməsi tələb olunurdu. 

İkinci hissə birincidən daha maraqlı idi, çünki burada iki avtomobil birlikdə komanda şəklində hərəkət etməli idi. Qiymət hər iki avtomobilin heyətinə verilirdi və vaxt olçümü sonuncu avtomobilin finişi keçməsi ilə dayandırılırdı. Heyətlərdən sэnd-traklardən istifadə edərək müxtəlif maneələri qət etmək tələb olunurdu. Əsasən də avtomobilin ön və arxa bamperlərini yerə sürtmək, kuzovla «qapılara» toxunmaq olmazdı - sərt hakimlər cərimə ballarını o dəqiqə hesabınıza yazırdılar. Üstəlik, sürücü və şturmanın birgə işləməsinə də qiymət verilirdi. 

Sən-traklarsız bəzi manelərə qət etmək mümkün deyildi

İkinci bölümdə bizi buz və qar üzərində müəyyən fəndlərin yerinə yetirilməsi və xüsusi olaraq hazırlanmış iki trekdə zamanla yarışmaq gözləyirdi. Sonunda isə, təlimlər keçdiyimiz buz meydançasında ardıcıllığı gözləməklə müxtəlif fiqurların yerinə yetirmək tələb olunurdu. Yarışmalara başlamazdan öncə, buz meydançasında məşqlər nəzərdə tutulmuşdu. Bunlar əyləcləmə, slalom, 180 və 360 dərəcəlik drift, amplitudalı sürüşmələr idi. Birinci gün məşqlərdə və offroad yarışlarında iştirak etdik.

İkinci gün isə, tamamilə buz meydançası və treklər üçün ayrılmışdı. Qeyd etməliyəm ki, ən çox həzz aldığım trek məhz buzla örtülmüş trek oldu.

«Buzlu» trekdə bizi xüsusi tikanlı məşq şinləri ilə təchiz edilmiş Renault Duster krossoverləri gözləyirdi. Xüsusi şinlər avtomobili buz trekində möhtəşəm ilişmə ilə təmin edirdi - sanki buzlu yolda deyil, adi asfalt yolda avtomobil sürürsən. Bu trekdə əldə etdiyim maraqlı təcrübə döngəyə çatmamışdan sükanı döndərmək idi - bəli, məhz döngəyə çatmamış!

Avtomobilin arxa oxunu sürüşdürməklə döngəyə girmək başqa bir hissdir - bu trekdə insan orqanizimində adrenalin fontan vururdu. Avtomobili hiss etmək, buraxdığın səhvləri başa düşmək üçün bundan yaxşı fürsət olma bilməzdi. Ən əsası, vərdişlərindən istifadə edib, nələrə qadir olduğunu görmək başqa bir aləmdir.

«Yelləncək» - maraqlı elementlərdən biri idi

Qarlı trek də maraqlı idi, çünki burada sürətli döngələr buz trekinə nisbətən daha çox idi. Üstəlik, bu trek üçün ayrılmış Renault Kaptur krossoverləri adi tikanlı Dunlop şinlərinə malik idilər. Artıq qarlı trekdə sürüş üslubunu dəyişmək tələb olunurdu - buzlu trekdəki fəndlər burada keçmirdi. Qar üzərində başqa üslubda avtomobili idarə etmək gərək idi. Avtomobili daha stabil saxlamaq, arxa və ön oxun sürüşməməsini təmin etmək gərək idi.

Sonuncu mərhələ də maraqlı idi. Burada əsas qiymət vaxta deyil, «artistizmə» verilirdi. İlkin olaraq, slalomu avtomobili sürüşdürmədən keçmək, sonra isə 360 dərəcəli drift edib, xüsusi hazırlanmış koridordan keçmək, «hiyləgər» döngənin qarşısında diqqətlə yavaşlayıb növbəti koridora girərək avtomobili onun çıxışında saxlamaq lazım idi.

Bunun ardınca koridordan arxa oxu sürüşdürərək çıxmaq və elə sürüşmədə 180 dərəcə dönərək «qaraja» girmək, oradan sürətlə arxaya hərəkət edərək «polis dönüşünü» həyata keçirmək, sonra isə koridora daxil olaraq finiş nöqtəsində dayanmaq tələb olunurdu. Bu zaman avtomobilin bazası finiş xəttində olmalı idi.

Əyləcləmə məşqləri. Təlimatçıya böyük ürək gərəkdir

Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, azərbaycanlı sürücülər ümumiyyətlə belə məktəblərdə təlim keçmək şansından məhrumdurlar. Ölkəmizdə belə məktəblərin mövcud olması həm sürücülərimizin səriştəsinin artırılmasına, həm də onların daha nizam-intizamlı olmasına xidmət edərdir. Aparılmış tədqiqatlar ekstremal sürücük məktəbi olan ölkələrdə yol-nəqliyyat hadisələrinin səviyyəsinin ciddi şəkildə azaldığını sübut edibdir. Üstəlik, belə təlimlərdə iştirak edən sürücülər daha təmkinli olur və ətrafdakılara nəyi isə sübut etmək fikrindən uzaqlaşırlar.

Renault Russia kollektivinə testlərə dəvət etdiklərinə görə təşəkkür  edirik!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt