ABŞ-da ən bahalı avtomobil qeydiyyat nişanı satışa çıxarılıb: o, iki MM hərfindən ibarətdir və onun üzərində Kaliforniya ştatına aid olduğunu göstərilib. Satış qiymətini azaltmaq fikrində olmayan satıcı, bu nömrə nişanı Mercedes-Maybach istehsalı olan lüks modellərin firma üslubunu mükəmməl şəkildə vurğulayacaqdır. Satıcı unikal avtomobil nömrəsini 24,3 milyon dollara (41,3 milyon manat) qiymətləndirib.

Üzərində “1” rəqəmi olan əvvəlki ən bahalı avtomobil qeydiyyat nişanı Birləşmiş Ərəb Əmirliklərində keçirilən hərracda 14 milyon dollara satılıb. 2008-ci ildə satılmış “gözəl” nömrə nişanını Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Səid Əbdül Qaffar Kouri alıb. Uğurlu sövdələşmə halında, Kaliforniyanın nömrə nişanı bu məbləği demək olar ki, iki dəfə artıra bilər.

Eksklüziv nömrələrin satışı ilə məşğul olan The Plate Broker şirkətinin rəhbəri Maykl Modekanın sözlərinə görə, iki “M” hərfindən ibarət olan qeydiyyat nişanı Mercedes-Maybach avtomobillərində quraşdırmaq üçün idealdır. Buna görə də, mütəxəssis məhz bu nömrə nişanının potensial alıcısının Mercedes-Maybach avtomobilinin sahibinin olduğunu hesab edir.

Ancaq satıcı indiyə qədər qeydiyyat nişanının alınmasına belə böyük məbləği sərf etməyə hazır olan müştərini tapmayıb.

Image alt Image alt Image alt Image alt Image alt

Aprelin sonunda daha bir “gözəl” avtomobil nömrəsi hərraca çıxarılıb. Dubayda keçirilən xeyriyyə hərracı çərçivəsində üzərində “AA8” yazılmış qeydiyyat nişanı üçün 9,5 milyon dollar ödənilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.