Skoda Octavia RS iV qoşulan hibridi dörd ay bundan öncə təqdim edilib. Bununla belə, çex istehsalçısı ənənəvi güc qurğularından imtina etmək niyyətində deyil. Buraya dizel mühərrikini də daxil etmək olar, çünki Avropada satlmış əvvəlki nəsil RS modellərinin 58 faizi 2,0-litrlik dizel mühərrriki ilə təchiz edilmişdi. Buna görə də, şirkət müəyyən fasiləni gözləyərək benzin və dizel mühərrikləri ilə təchiz edilmiş yeni Octavia RS modelini təqdim edib. Əvvəllər olduğu kimi, RS modelləri liftbek və universal kuzovlarında təklif edilirlər.

2,0-litrlik benzin turbomühərriki əvvəlki kimi 245 at qüvvəsinə sahibdir. Benzin mühərriki 6-pilləli mexaniki və ya 7-pilləli DSG "robotu" ilə təchiz edilir. Ötürmə yalnız ön oxadır. Benzin mühərriki RS modelləri 100 km/saat həddinə sürətlənməyə, müvafiq olaraq, 6.8 və 6.7 saniyə sərf edirlər, Maksimal sürət 250 km/saatdır.

2,0-litrlik turbodizel 184 at qüvvəsi əvəzinə 200 at qüvvəsi hasil edir. Güc aqreqatı yalnız 7-pilləli DSG "robotu" ilə təchiz edilir. Eyni zamanda, dizel avtomobillərini arxa oxu birləşdirən Haldex muftasına malik olan tam ötürmə sistemini sifariş etmək olar. Tamötürməli versiya ön ötürməli modifikasiyadan daha yeyindir. Ön ötürməli modifikasiya 100 km/saat həddinə sürətlənməyə 7.4 saniyə sərf edirsə, tamötürməli versiyaya ilk yüzlüyü toplamağa 6.8 saniyə lazımdır. Lakin, maksimal sürət aşağıdır: müvafiq olaraq 243 və 249 km/saat.

Benzin və dizel mühərrikli Octavia RS modelləri standart modeldən 15 millimetr azaldılmış klirensi ilə fərqlənir, Qeyd etmək lazımdır ki, Octavia RS iV hibridinin altında yerləşdirilmiş batareya ucbatından klirens azaldılmayıb. Əlavə ödənişlə DCC adaptiv amortizatorlarını sifariş etmək olar. Bundan başqa, RS modelləri dəyişən ötürmə nisbəti olan sükan mexanizmi, daha güclü əyləclər, 18 və ya 19 düymlük təkər diskləri ilə təchiz edilə bilər.

Vizual olaraq, Octavia RS modeli "mülki" versiyalarından daha aqressiv dizayna malik olan bamperləri, arxada quraşdırılmış diffuzoru və qara dekoru ilə fərqlənir. Bundan başqa, liftbekin baqaj qapağında spoyler quraşdırılmışdır. Salonda idman sükan çarxını, virtual cihazlarının xüsusi qrafikasını, güclü yan dəstəyi və rəngli işləmələri olan idman oturacaqlarını görmək olar. Yeni Skoda Octavia RS modelinin istehsalına sentyabr ayında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeri gəlmişkən, bu il Skoda Octavia RS modeli 20 illik yubileyini qeyd edir. Birinci nəsildən olan liftbeklər 17.600, ikinci nəsil liftbek və universalları 87.800, təqaüddə göndərilən üçüncü nəsil Octavia RS modeli ilə 172 min nüsxədə satılmışdır. Maraqlıdır ki, Almaniya, İngiltərə və İsveçrədə satılan Octavia modellərinin 20 faizi RS versiyasının payına düşür.

Ənənəvi mühərriklərə malik olan Octavia RS modellərinin buraxılması ilə yeni nəsil Skoda Octavia ailəsi tam şəkildə formalaşıb. İndi bu ailədə liftbek və universallar, "yolsuzluq" Scout versiyası, təkrar doldurulan hibridlər, benzin və dizel versiyaları, həmçinin G-Tec qaz modifikasiyaları vardır.