Audi şirkəti Frankfurtda keçirilən avtosalonda Aicon və Elaine prototiplərini nümayiş etdirib. Audi Aicon idarəetmə prosesində insanın iştirakını tələb etməyən beşinci dərəcəli avtopilot sistemi ilə təchiz edilibdir.

Bu səbəbdən də prototip idarəetmə orqanlarından və təhlükəsizlik yastıqlarından məhrumdur. İstehsalçı bu növ avtomobillərin meydana çıxamsından sonra qəzaların keçmişdə qalacağından əmindir. Protoipin qabarit uzunluğu 5444 millimetr, eni – 2100 millimetr, hündürlüyü – 1506 millimetr, təkər bazasının ölçüsü isə 3470 millimetrdir. Bu bayraqdar Audi A8 modelində olduğundan 240 millimetr çoxdur. Avtomobil ümumi həcmi 660 litr olan iki baqaj bölümünə sahibdir.

Dörd yerlik hetçbek tam çəkiş sisteminə, tam idarələnən şassiyə, həmçinin ümumi gücü 354 at qüvvəsi və fırlanma anı 550 Nm olan dörd elektromotora malikdir. Dolu batareyalar və 130 km/saatlıq kreyser sürəti ilə Aicon 700-800 kilometr məsafə qət etmək iqtidarındadır. Ehtiyac olduqda avtomobil sərbəst şəkildə yaxınlıqda olan “yanacaqdoldurma” stansiyasına yollana bilər. Batareyaların 80% doldurulması üçün 30 dəqiqə kifayətdir. Prototip 800 voltluq sistem və naqilsiz qidalanma sistemi ilə təchiz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Prototipin salonuna portal qapılar vasitəsi ilə daxil olmaq mümkündür. Avtomobilin salonunda 15 dərəcə dönə bilən dörd oturacaq vardır. Konseptin bütün funksiyalarını sensorlu displey, səs komandaları və gözlərin hərəkəti ilə idarə etmək mümkündür.

Konsept PIA (personal intelligent assistant) fərdi köməkçisi ilə təchiz edilir ki, bu sistem də avtomobilin sahibi yaxınlaşarkən oturacaqların tənzimləmələrini, havalandırma, əyləncə sistemlərini və fon işıqlandırmasını aktivləşdirir. Aicon 26-düymlük təkər disklərinə və fənərləri əvəz edən 600 həcmli piksellərə malikdir. Piksellərin köməyi ilə avtomobilin ön hissəsinə ətrafdakı hərəkət iştirakçıları üçün məlumat görüntülənir. Bu məlumatlar mətn, təsvir və istənilən rəngdə annimasiyalar şəklində ola bilər.

Audi Elaine protipinə gəldikdə isə, bu Audi e-tron Sportback konseptinin yenilənmiş variantıdır. Yenilənmiş konsept dördüncü dərəcəli avtopilot sistemini əldə edib. Dördüncü dərəcəli avtopilot kompleksi avtomobilin müəyyən yollarda sürücünün iştirakı olmadan hərəkət etməsini nəzərdə tutur. Elaine pilotsuz idarəetmə üçün ayrılan sahələrdə sərbəst şəkildə hərəkət edə bilər. Eyni zamanda, avtomobil  avtomagistralda 130 km/saat sürətində hərəkət etmək və ötmələri həyata keçirmək qabiliyyətinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt