Toyota şirkəti Detroyt avtosalonunda Avalon modelinin yeni nəslini nümayiş etdirib. Yeni sedan TNGA modul platformasında inşa edilibdir ki, bu platformadan da son nəsil Camry və Prius istehsalında istifadə olunur.

Yeni Toyota Avalon modelinin qabarit uzunluğu 4978 millimetr, eni – 1849 millimetr, hündürlüyü isə 1435 millimetrdir. Sedanın təkər bazasının uzunluğu 2870 millimetr təşkil edir.  Yeni model sələfindən iri olduğu üçün ikinci cərgənin sərnişinləri daha çox məkana sahib olublar.

Avalon modeli iki güc aqreqatı ilə təklif ediləcəkdir: sedan 3,5-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Alternativ olaraq 2,5-litrlik benzin mühərrikinin əsasında yaradılan hibrid güc qurğusu da təklif edilir. Hibrid qurğunun tərkibinə variator, nikel-metalhidrid batareyalar dəsti və iki elektromotor daxildir. Elektromotorlardan biri batareyanı doldurmağa, digəri ilə benzin mühərrikinə yardım etməyə cavabdehdir.

İstehsalçı mühərriklərin xarakteristikalarını açıqlamayıb. Əvvəlki V6 mühərriki 272 at qüvvəsi, hibrid qurğu isə 202 at qüvvəsi hasil edirdi.

Toyota Avalon modeli klimat-kontrol ilə eyni blokda birləşdirilmiş multimedia sisteminə, 9,0-düymlük sensorlu ekrana və Amazon Alexa səslə idarəetmə sisteminə sahib olubdur.

Təchizatından asılı olaraq Avalon modeli işıqdiodlarından adaptiv fənərlər, aktiv asqı sistemi, 10-düymlük proyeksiya displeyi, mobil qadjetlərin induksion doldurulması sistemi, bortkompyüterin 7,0-düymlük ekranı olan cihazlar paneli və 1200 vattlıq 14 dinamikli JBL səs sistemi ilə təchiz edilə bilər.

Toyota Avalon modelinin yeni nəslinin ABŞ bazarındakı satışlarına bu ilin yazında start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt