Lincoln şirkəti işinə başlamış Nyu-York avtosalonunda dirçəldilmiş Aviator ofroderinin konseptual variantını təqdim edib. Prototip gələn il konveyerdən çıxacaq seriya modelinin dizayn üslubunu və təchizatını nümayiş etdirməklə vəzifələndirilib.

Amerikan istehsalçısı yeni model haqqında ətraflı məlumat verməkdən imtina edib. Ofroder barədə məlum olanlar yeni modelin arxadan çəkişli platformada inşa edildiyi, üç oturacaq cərgəsinə və iki turbokompressorlu benzin mühərrikinin əsasında yaradılmış hibrid güc aqreqatına sahib olduğudur. Sürücünün identifikasiysı Lincoln Way əlavəsi yüklənmiş smartfona həvalə edilibdir. Smartfonun köməkliyi ilə avtomobilin qapılarını və baqajını açmaq, mühərriki işə salmaq olar.

Lincoln Aviator modelinin təchizatına 30 istiqamətdə tənzimlənən və massaj funkiyasına malik olan ön oturacaqlar, Wi-Fi giriş nöqtəsi, smartfonların induksion doldurulması sistemi və 12-düymlük virtual cihazlar paneli daxil olacaqdır. Bundan başqa, ofroderin avadanlıq siyahısında kameralar vasitəsi ilə yol şəraitinə uyğunlaşan aktiv asqı sistemi, Co-Pilot360 təhlükəsizlik sistemləri kompleksi, arxaya hərəkət zamanı avtomatik əylənmə sistemi və yeni multimedia sistemi də mövcuddur.

Bu sistem avtomobilin yerləşməsindən və bort sistemlərinin məlumatlarından asılı olaraq müxtəlif məsləhətləri və tövsiyyələri verə bilər. Məsələn, yanacağın azalması aşkar olunduqda yanacaqdoldurma stansiyalarının xəritəsi göstərilir.

Lincoln Aviator modelinin əvvəlki nəsli 2002-2005-ci illərdə istehsal edilib. Beş metrəlik uzunluğa malik olan krossover 306 at qüvvəli 4,6-litrlik V8 mühərriki və beş pilləli avtomatik transmissiya ilə təchiz edilirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt