Dördüncü nəsil Audi A3 ailəsi 2020-ci ilin martında, yəni düz dörd il əvvəl debüt edib. İndi isə, planlaşdırılmış restaylinqin vaxtı gəlib çatıb. Yenilənmə təvəzökar xarakter daşısa da, A3 modelinin modifikasiya çeşidi genişləndirilib: beşqapılı hetçbek və sedana kross-hetçbek qoşulub.

Adi A3 modelləri bir qədər daha aqressiv olublar. Radiator barmaqlığı böyük hüceyrələri olan fərqli naxışı əldə edib ki, bu da onu vizual olaraq daha geniş göstərir. Bamperlər dəyişdirilib, arxada daha böyük “diffuzor” peyda olub. 

Bütün bu idman ab-havası S line paketinin sifarişi ilə daha da gücləndirilir - onunla “üçlük” ekstremal Audi RS 3 modelini xatırladır. Kuzov boyaları palitrasına yaşıl District, mavi Ascari və qırmızı Progressive çalarları əlavə olunub.

Baza versiyalı Audi A3 16 düymlük təkər diskləri ilə kifayətlənir, lakin əlavə ödəniş müqabilində diametri 19 düymədək olan variantlar da təklif edilir. Nəhayət, opsional matrisa fənərləri artıq dörd “işıq imzası” rejiminə malikdir.

Yeni Audi A3 Allstreet hetçbeki modifikasiya çeşidində xüsusi yer tutur: şirkət ilk dəfə belə prefiksi iki il əvvəl Audi A1 hetçbekinin kross-versiyasında istifadə edib. Kross-versiya fərqli radiator barmaqlığına, kuzovun perimetri boyu quraşdırılmış qara plastikdən kuzov dəstinə və bol gümüş dekora malikdir.

Kross-hetçbek standart olaraq 17 düymlük təkər diskləri çatdırılır. Şinlər, başqa yayları və amortizatorları olan hündürlüyü 15 millimetr qaldırılmış asqı sayəsində hetçbekin klirensi 30 millimetr artıb. Standart dam reylinqləri və opsional baqaj bərkitmələri parktikliyə xidmət edir.

Audi A3 modelinin bütün versiyaları yenidən işlənmiş interyerə və genişləndirilmiş standart təchizata sahib olublar. Buraya çoxfunksiyalı üçqollu dəri sükan, kontur işıqlandırması və mərkəzi dirsəkaltı-qutu daxildir. Bundan başqa, yeni stəkanlar, S tronic transmissiyasının daha yığcam selektoru və havalandırma sisteminin gümüşü haşiyəli deflektorları peyda olub.

Oturacaqlar, ön panel, mərkəzi konsol və qapı kartları təkrar emal edilmiş Dinamica mikrofiber daxil olmaqla, yeni tərtibat materialları ilə üzləniblər. Yenilənmiş MMI media sistemi artıq üçüncü tərəfin proqramlarını və abunə funksiyalarını quraşdırmaq imkanını əldə edib. 

Məsələn, bir ay, altı ay, bir il və ya üç il ərzində Apple CarPlay / Android Auto protokollarını, adaptiv kruiz-kontrolu və ya iki zonalı klimat-kontrolu blokdan çıxarmaq olar.

Başlanğıcda mühərrik çeşidinə yalnız yüngül hibrid üstqurumu olan 1,5 TFSI benzin turbomühərriki və 2,0 TDI turbodizel  daxil olacaq. 150 at qüvvəsi hasil edən hər iki mühərrik yeddi pilləli S tronic “robotu” ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ötürmə - hətta Allstreet kross-versiyasında belə yalnız ön oxadır (məhz buna görə Allroad prefiksindən istifadə edilməyib). Digər modifikasiyalar yayda (mexaniki transmissiyalı versiyalar da daxil olmaqla) əlçatan olacaqlar və yalnız ilin sonunda onlara təkrar doldurulan hibridlər qoşulacaqlar.

Yenilənmiş Audi A3 hetçbek və sedanları artıq İnqolştadtdakı zavodun konveyerdən çıxırılar və Avropada sifariş üçün əlçatandırlar. Almaniyada Audi A3 Sportback modelinin baza versiyasının qiyməti 35 650 avrodan başlayır, sedan üçün isə, əlavə 800 avro ödəmək gərəkdir. Yeni Audi A3 Allstreet  kross-hetçbeki 37 450 avroya başa gələcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.