Avropada satılacaq yeni Mazda modelinin təqdimatı aprelin 18-də baş tutacaq, onun satışlarına isə, payızda start veriləcək. Bu arada yapon brendi yeni modeli videoçarxda nümayiş etdirib - qısa videoda kuzovun arxa hissəsinin fraqmentlərini görmək olar. CX-80 uzununa mühərriki və əsas arxa ötürməsi olan platformada inşa edilmiş dördüncü Mazda krossoveri olacaq. Texniki baxımından CX-80 “kiçik” CX-60 ilə unifikasiya ediləcək və Avropa model xəttində ən prestijli flaqmanın yerini tutacaqdır.

CX-80 krossoveri 250 millimetr uzadılmış təkər bazası, əlavə üçüncü oturacaq sırası və genişləndirilmiş opsiyalar siyahısı olan CX-60 modelidir. Onun uzunluğu təxminən beş metr, oxları arasındakı məsafə isə ,üç metrdən çox olacaq. Əvvəllər dərc edilmiş patent şəkillərinə əsasən, “səksəninci” orijinal dizayna malik olan arxa bamperi, arxa sütunların arxasındakı böyüdülmüş pəncərələri və xrom haşiyəni alacaq.

Modelin avropalılara bir neçə variantda, o cümlədən ikinci sıradakı iki ayrı kreslo və divanla təklif olunacağı məlumdur. Mazda hələlik mühərriklərin çeşidini açıqlamayıb, lakin heç bir intriqa olmayacaq: mühərriklər CX-60 modelindəki ilə eyni olacaq. Bunlar, elektrik əlavəsi olan  2,5-litrlik atmosfer benzin mühərriki və 3,3-litrlik sıralı V6 turbodizelidir. CX-60 həmçinin 2,5-litrlik daxili yanma mühərrikinə əsaslanan tamölçülü hibrid modifikasiyaya malikdir.

Avropalılar yeni Mazda CX-80 krossoverini artıq may ayında sifariş edə biləcəklər, modelin özü isə, payızda dilerlər salonlarında peyda olacaq. Flaqman qiyməti 47,4 min avrodan başlayan “kiçik” CX-60 modelindən daha  baha olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.