Hələ 2020-ci ildə Mazda BT-50 pikapı Ford ilə qohumluğunu itirib və Isuzu D-Max modelinin variantına çevrilib. Avtomobillər Taylanddakı Isuzu zavodunda istehsal olunur və əgər əvvəlki illərdə Mazda BT-50 qlobal bazarda satılırdısa, indi onun satış çoğrafiyası Cənub-Şərqi Asiya və Avstraliya ilə məhdudlaşır.

Bununla birlikdə, təkcə Avstraliya bazarında keçən il demək olar ki, 18 min Mazda BT-50 pikapı satılıb. İndi isə, yapon pikapının planlaşdırılmış yenilənməsi həyata keçirilib.

Lakin bu yenilənmənin keçən ilin payızında modernləşdirməyə məruz qalmış Isuzu D-Max donor pikapından daha təvazökar olduğu ortaya çıxıb. Sakit və hətta zərif (pikapların standartlarına görə) xarici görünüş yalnız müəyyən nöqtələrdə dəyişib.

Ən çox diqqət çəkən yenilik xrom radiator barmaqlığının əvəzinə quraşdırılmış qara barmaqlıqdır. Bahalı versiyalarda ön bamperin aşağı hissəsində güc qorunmasının təqlid edən elementi alıb, baxmayaraq ki, həqiqi polad "zireh" yalnız opsional Black Thunder paketində mövcuddur. 

B paketə həmçinin kuzov örtmələri və təkər tağlarının plastikdən genişləndiriciləri daxildir. Taylandda Mazda BT-50 hələ də iki növ kabinə ilə təklif olunur (bir yarımlıq Freestyle Cab və iki cərgəli Double Cab), baxmayaraq ki, Avstraliya üçün üçüncü variant – bircərgəli tək kabinli variant da nəzərdə tutulub.

İnteryerdə yenilənmələr daha azdır. 7,0 və ya 9,0 düymlük ekrana malik multimedia sistemi (konfiqurasiyadan asılı olaraq) indi Android Auto və Apple CarPlay protokolları ilə simsiz işləyə bilər. Cihazlar paneli analoq olaraq qalır, 

Isuzu D-Max keçən il cihazlar panelinin əvəzinə yeddi düymlük ekranı alıb. Bahalı təchizat səviyyələri üçün interyerin qara və qəhvəyi rəngli tərtibatını, səkkiz dinamikli audio sistemini və adaptiv kruiz-kontrolu təklif edirlər.

Mazda BT-50 pikapına texniki hissəsində dəyişiklik yoxdur. Əvvəlki kimi, o, iki Isuzu turbodizel mühərriki ilə təklif olunur. Baza aqreqatının həcmi 1,9 litrdir (150 at qüvvəsi, 350 Nm), ikinci variant isə, 3,0-litrlik (190 at qüvvəsi, 450 Nm) dördsilindrli mühərrikdir. 

Image alt Image alt Image alt Image alt Image alt

Hər iki mühərrik Aisin firmasının altı pilləli mexaniki və ya avtomatik transmissiyası ilə təklif olunur. Tam ötürmə sistemi ön oxun sərt qoşulmasına, azaldıcı ötürməyə və arxa differensial kilidinə malikdir.

2024-cü model ilinin Mazda BT-50 pikaplarını artıq Taylandda sifariş etmək olar. Qiymətlər 752 min batdan (20 500 dollar) başlayır, dördqapılı Double Cab versiyası üçün isə, minimum 922 min bat (25 100 dollar) ödəmək gərəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.