İkinci nəsil Nissan Juke krossoveri beş il bundan əvvəl debüt edib. Bu isə,planlaşdırılmış yenilənmənin vaxtının gəlib çatdığından xəbər verir. Amma Nissan bu məsələyə qeyri-ənənəvi şəkildə yanaşıb - krossover zahiri cəhətdən dəyişməyib! Bu sahədəki yeganə yenilik, təkər disklərinin yenidən işlənmiş dizaynı və kuzovun rəng palitrasına birinci nəsildən tanış olan parlaq sarı rəngin əlavə edilməsindən ibarətdir. Əsas dəyişikliklər interyerdə baş verib.

Ön panel ciddi şəkildə yenidən işlənilib. Bununla belə, havalandırma sistemin dairəvi mərkəzi deflektorlarından düzbucaqlı olanların xeyrinə imtinanı heç də uğurlu adlandırmaq olmaz. Əsas yenilik – media sisteminin sürücüyə doğru səkkiz dərəcəlik bucaqda yerləşdirilmiş 12,3-düymlük (əvvəllər səkkiz düymlük ekran var idi) genişformatlı ekranıdır. Multimedia sistemi yeni qrafika və təkmilləşdirilmiş səs idarəetməsini alıb, arxa görüntü kamerasının (o, artıq standartdır) təsvir ölçüsü isə, 0,3 meqapikseldən 1,3 meqapikselə qədər artırılıb.

Analoq cihazlar da keçmişdə qalıblar: indi Juke krossoveri iki qrafik təsvir variantı olan 12,3-düymlük rəqəmsal cihazlar paneli ilə təklif edilir. Klimat-kontrolun nəzarət bloku da dəyişdirilib, bəzi düymələrin yerlərinə yenidən baxılıb, əlavə USB konnektorları peyda olublar. Bundan baqşa, mərkəzi dirsəkaltə böyüdülüb və əlcək qutusunun həcmi 7,8 litrə qədər artırılıb (sağ sükanlı versiyalarda onun həcmi əvvəlki kimi 6,6 litrdir).

Elektromexaniki əl əyləci standart avadanlıq siyahısına daxil edilib. İnteryerdə tətbiq edilən tərtibat materiallarına və dekora yenidən baxılıb. Üstəlik, çeşidə yeni N-Sport versiyası əlavə edilib – belə versiya eksteryerin genişləndirilmiş qara dekoru və interyerdəki sarı vurğuları ilə seçilir.

Texniki hissədə dəyişiklik yoxdur. İkinci nəsil Juke modeli yalnız İngiltərədə istehsal olunduğu və əsasən Avropada satıldığı üçün, onun mühərrik çeşidi yerli bazara uyğunlaşdırılıb. Baza krossoveri 117 at qüvvəli 1.0 DIG-T benzin turbomühərrikinə malikdir. Güc qurğusu mexaniki transmissiya və ya yeddi pilləli preselektiv “robot” ilə təchiz edilə bilər.

Alternativ olaraq, Renault güc aqreqatına malik olan Juke Hybrid krossoveri təklif edilir. Güc qurğusunun tərkibinə startyor-generatoru olan 1,6-litrlik (94 at qüvvəsi) atmosfer mühərriki, sinxronizatorsuz və muftasız “robot” və elektrik mühərriki (49 at qüvvəsi) daxildir. Sistemin ümumi gücü 143 at qüvvəsinə bərabərdir. Hər iki modifikasiya da ön ötürməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Juke krossoverlərinin İngiltərənin Sanderlend şəhərindəki Nissan zavodundakı istehsalına artıq başlanılıb. Satışlara cari ilin  yazında start veriləcək. Hazırda Nissan Juke Almaniyada 20,800 avrodan başlayan qiymətlərlə satılır, hibrid üçün isə, ən azı 30 min avro tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.