Nissan şirkəti Cenevrə avtosalonunda yeni nəsil Micra hetçbekinin xüsusi «musiqili» varinatını təqdim etmişdir. Bose firmasının mütəxəssisləri ilə birgə yaradılmış hetçbek Bose Personal Edition adını almışdır.

Yapon istehsalçısının nümayəndələri «musiqili» avtomobilin tirajının 3000 nesxə ilə məhdudlaşdırılacağını bildirmişdirlər. Hetçbek Avropa bazarında satılmaq üçün nəzərdə tutuluşdur. Adından da göründüyü kimi, hetçbekin başlıca xüsusiyyətlərindən biri ən müasir Bose səs sistemi ilə təchiz olunmasıdır. Bundan başqa, oturacaqların başlıqlarına UltraNearfield akustik avadanlığı da quraşdırılmışdır. Əlavə avadanlığın mövcudluğu, Nissan və Bose nümayəndələrinin özlərinə görə, «istənilən musiqili əsərdən maksimum həzz almağa» imkan yaradacaqdır.

Zahiri cəhətdən Nissan Micra Bose Personal Edition modifikasiyası 17-düymlük iki rəngli təkər diskləri və xüsusi zolaqlarla seçilir. Xüsusi hetçbeki iki rəngə - Gunmetal Grey və Enigma Black rənglərinə boyamaq təklif edilir. 

Əlavə olaraq, hetçbek parlaq narıncı rəngli seçilən haşiyələrlə bəzədilir. Avtomobilin sinteryeri də eksteryerin üslubuna uğyun olaraq tərtib edilir. Modelin təchizatına təhlükəsizlik sistemləri kompleksi, həmçinin naviqasiyası və sensorlu displeyi olan multimedia sistemi daxildir.

«Musiqili» Micra modelini bu ilin yayından başlayaraq almaq mümkündür. Avtomobil 90 at qüvvəli 0,9-litrlik üç silindrli benzin və 1,5-litrlik dizel güc aqreqatları ilə sifariş etmək olar.

Xüsusi modelin qiyməti açıqlanmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt